Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstiqlal Muzeyində “Alınan qisas” tədbir keçirildi - Fotolar

Martın 31-də saat 12:00-da Azərbaycan İstiqlal muzeyində 31 mart- Azərbaycanlıların soyqırımı gününə həsr olunan “Alınan qisas” tədbir keçirildi.

Tarix boyu xalqımıza qarşı təkrarlanan bütün soyqırımlar arasında öz amansızlığına və miqyasına görə tarixin qanlı salnaməsinə çevrilən, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə həyata keçirilən bu dəhşətli faciə nəticəsində minlərlə dinc sakin qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, tarixi mədəniyyət abidələri dağıdılaraq məhv edildi.

Ötən əsrdə dörd dəfə- 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə yaranmış siyasi vəziyyətdən, müstəmləkəçilik dövründən faydalanan ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiyalardan illər keçsə də tarixi ədalət bərpa olundu, Azərbaycan bütün dünyaya siyasi, iqtisadi və milli birlik gücünü sübut etdi. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti və xalqımızın birliyi ilə 44 günlük Vətən müharibəsində tarixən xalqımıza qarşı törədilən bütün amansız cinayətlərin qisası düşməndən döyüş meydanında alındı.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sərgi və qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadə, Sənətşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Nazim Məmmədov çıxış etdilər.

Sonda Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Leonardo da Vinci” beynəlxalq mükafatına layiq görülən rəssam Nazim Məmmədovun Azərbaycan İstiqlal muzeyinə hədiyyə etdiyi “Məhşər günü” adlı rəsm əsərinin təqdimatı keçirildi, rəssamn fəxri fərmanla təltif edildi.

Bu gün Vətən müharibəsində əldə olunan möhtəşəm zəfəri yaşamaqla bərabər, bu yolda canını fəda edən Vətən övladlarının və günahsız qurbanların əziz xatirəsini daim yad edəcək və əbədiyyən qəlbimizdə yaşadacağıq.
Tədbirdə Asan Xidmətin əməkdaşları, Azərbaycan Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbinin kursantları və muzeyin digər qonaqları iştirak etdilər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar