Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna xüsusi xidmət orqanları azərbaycanlı biznesmen Vaqif Əliyevi saxladı

Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı dəstəsi ölkənin qərbində, Zakarpat vilayətində azərbaycanlı biznesmen Vaqif Əliyevi saxlayıb. virtualaz.org xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski bildirib.

“Xalq deputatı Dubinski xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı dəstəsi Zakarpatye bölgəsində biznesmen Vaqif Əliyevi saxlayıb. Səbəblər məlum deyil”, - UNİAN agentliyi məlumat verir.

Bildirilir ki, Vaqif Əliyev ukraynalı oliqarx Firtaşın və rusiyameylli müxalif “Müxalifət platforması-Həyat uğrunda” partiyasından deputat Vadim Stolyarın biznes tərəfdaşıdır. Əliyevin ikili vətəndaşlığının olduğu, Rusiya pasportu daşıdığı haqda məlumat var.

Vaqif Əhməd oğlu Əliyev 1969-cu ildə Türkmənistanda anadan olub, milliyyətcə azərbaycanlıdır. Ukraynanın on ən iri biznesmenlərindən və developerlərindən biridir. Onun əsas fəaliyyəti kommersiya təyinatlı daşınmaz əmlakın inşası və icarəyə verilməsidir. Kiyevdəki məşhur “Mandarin Plaza” ticarət mərkəzinin, o cümlədən “Senator”, “Parus” və digər ticarət mərkəzlərinin sahibidir.

Biznesə hələ məktəbdə oxuyandan başlayıb, məktəbli olanda teatr biletləri alaraq məktəb yoldaşlarına baha qiymətə satıb. 14 yaşında isə dostu və onun atası ilə birlikdə Rusiyanın Tolyatti şəhərindən Kislovodska “Jiqulİ” ehtiyat hissələri daşıyıb satmağa başlayıb. O zaman ehtiyat hissələri qıt olduğundan Əliyevin işləri yaxşı gedib, 18 yaşında artıq o özünə üçotaqlı ev və maşın almışdı...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Ən çox oxunanalar