Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki həftədir davam edən müharibə - Rusiya ordusu NATO-ya qarşı vuruşmaq qabiliyyətinə sahibdirmi?..

Pentaqonun iddiasına görə Rusiyanın Ukrayna sərhədində topladığı ordunu 100% istifadə edib və bu ordu hazırda psixoloji üstünlüyünü tamamilə itirib...

Hərbi ekspert: “Ukraynaya qarşı təcavüz Rusiya ordusunun necə bərbad durumda olduğunu bir daha dünyaya sübut etdi”.

“Rus ordusunun girdiyi bataqlıq onları daha da dərinə çəkir. Bu iki həftə ərzində rus ordusu bərbad bir duruma düşdü”.

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Ukrayna-Rusiya müharibəsinin son vəziyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Artıq Rusiyanın Ukraynaya təcavüzünün 2-ci həftəsi başa çatmaq üzrədir. Bu vaxt ərzində hesablanan qələbənin əldə olunmaması ilə yanaşı Rusiya ordusu ağır itkilər verib. Hətta Pentaqonun iddiasına görə Rusiyanın Ukrayna sərhədində topladığı ordunu 100% istifadə edib və bu ordu hazırda psixoloji üstünlüyünü tamamilə itirib. Bu barədə ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan rəsmisi CNN-ə bildirib. O, qeyd edib ki, Rusiya bu vaxtadək Ukraynaya 625 raket zərbəsi endirib.

Rus əgərləri isə dəstə-dəstə əsir düşürlər. Rusiya ordusunun əsas üstünlüyü havada olsa da, son günlər Rusiyanın çoxlu sayda təyyarəsi və qanadl raketləri vurub. Aviasiyanın əsas həgəfi isə əsasən mülki binalardır və son bombardmanlarda çoxlu sayda mülki insanlar, uşaqlar həlak olublar.

Qeyd olunur ki, 11 gün ərzində Ukrayna silahlı qüvvələri 46 000 nəfərədək rus hərbçisini zərərsizləşdirib. Bura öldürülən, yaralanan və əsir götürülənlər daxildir. Bu isə Rusiyanın Ukrayna sərhədinə topladığı hərbi birləşmələrin təqribən üçdə biri edir.

Bəs ötən vaxt ərzində Rusiya ordusunun sərgilədiyi döyüş qabiliyyətini və taktikasını necə dəyərləndirmək olar? Bu ordu NATO-ya qarşı vuruşmaq qabiliyyətinə sahibdirmi?

Rusiya ordusunun döyüş qabiliyyətini PİA.az-ın əməkdaşı hərbi ekspert Üzeyir Cəfərov ilə müzakirə edib.

Üzeyir Cəfərov: “Bu vəziyyətdə olan və sözün həqiqi mənasında tör-töküntüdən ibarət olan bu ordunun NATO-ya qarşı mübarizə aparmasından danışmaq olarmı?”.

Ukraynaya təcavüzdən sonra Rusiya ordusunun məğlub edilməz imicinin darmadağın olduğunu vurğulayan ekspert PİA.AZ-A bildirib ki, bu müharobə Rusiya ordusunun qədər acınacaqlı vəziyyətdə olduğunu ortaya qoydu və bu sadəcə Rusiya adına biabırçılıqdır:

“Ukraynaya qarşı təcavüz Rusiya ordusunun necə bərbad durumda olduğunu bir daha dünyaya sübut etdi. Bu gün Putinin müharibəni dayandırmamaq istəyi də ondan ibarətdir ki, əgər müharibə dayansa, bütün dünya bəh-bəhlə təriflənən Rusiya ordusunun 2014-cü ildən bəri hələ tam toparlana bilməyən Ukrayna ordusu qarşısında ağır məğlubiyyətə uğradığını görəcək. Yəni bu böyük fiaskodur və Putin və generalalrı hətta maksimum imkanlarını ortaya qoyaraq Ukraynanı işğal etsələr belə, Rusiya ordusunun vəziyyəti ortadır və bu imici də bərpa eləmək artıq mümkün deyil. Rusiya ordusunun döyüç qabiliyyəti o qədər bərbaddır ki, bu ordunun itkisi, əsir düşəni o qədər çoxdur ki, bunu anlatmaqla belə yetməz.

Bu vəziyyətdə olan və sözün həqiqi mənasında tör-töküntüdən ibarət olan bu ordunun NATO-ya qarşı mübarizə aparmasından danışmaq olarmı? Bu ordu nəinki, NATO-ya qarşı, döyüş qabiliyyəti və keyfiyyət baxımdan heç sıradan bir Avropa ölkəsinin ordusu ilə savaşa bilməz. Putin bir balaca çətinliyə düşən kimi barmağını nüvə silahının üstünə qoyur və bütün dünyanı təhdid edir. Rusiya ordusunun real vəziyyəti isə ortadadır. Rusiya ordusu haqda mif isə artıq tarixin yaddaşına köçür.

Müharibə başa çatandan sonra Rusiyada çoxlu general, çox nazir həbs olunacaq. Generallar Putinə nağıllar danışırmışlar ki, Ukraynaya girib bir neçə gün ərzində işğal edəcəklər və itliləri də demək olar ki, olmayacaq.

Üzeyir Cəfərov: “İki həftədir Ukrayna xalqı və ordusu Rusiyanın işğalçılığına qarşı mübarizə aparır, on mindən çox itki verilib, minlərlə texnika sıradan çıxarılıb, minlərlə rus əsgəri əsir düşüb, bunlar hələ də deyirlər ki, bu müharibə deyil. Mən başa düşə bilmirəm, bunun başqa adı var?”.

Putinin bir çox köməkçiləri isə onu aldatmışdılar ki, Ukrayna xalqı rus ordusunu gül-çiçəklə qarşılayacaq. Halbuki bunun üçün ayrılan milyardlarla dollar vəsait mənimsənilib. Yəni rus ordusunu və dövlətini bu qədərçıxılmaz vəziyyətə soxan Rusiyadakı korrupsiyadır.

İndi rus ordusunun girdiyi bataqlıq onları daha da dərinə çəkir. Bu iki həftə ərzində rus ordusu bərbad bir duruma düşüb. Hər gün mindən artıq itki verilir, yüzlərlə texnika sıradan çıxarılır. Rusiyanın Ukrayna şəhərlərini almaq üşün hücumları isə ancaq itkilərlə müşaiyyət olunur. İndiyə qədər verilən böyük itkilərin müqabilində heç bir önəmli uğur da əldə olunmayıb. Rusiya ordusu hazırda öz imkanlarını ancaq Ukrayna şəhərlərini xaraba qoymaq üçün sərf edir, amma bu şəhərlərə girə bilmirlər. Kiyev, Xarkov, Odessa kimi onlarla gözəl Ukrayna şəhərlərini yerlə-yeksan ediblər və təbii ki, bunun da hesabını verəcəklər.

Hələ utanmaz-utanmaz Rusiya deyir ki, bu müharibə deyil, xüsusi əməliyyatdır. Rusların Ali Baş komandanı Putinin də, onun generallarının da başı qaçıb. İki həftədir Ukrayna xalqı və ordusu Rusiyanın işğalçılığına qarşı mübarizə aparır, on mindən çox itki verilib, minlərlə texnika sıradan çıxarılıb, şəhərlər yerlə yeksan edilib, minlərlə rus əsgəri əsir düşüb, bunlar hələ də deyirlər ki, bu müharibə deyil. Mən başa düşə bilmirəm, bunun başqa adı var? Müharibə aparırlar, amma ölkədə müharibə sözünü dilinə gətirənə cinayət işi açılır.

Üzeyir Cəfərov: “Rusiya ordusu çox bərbad və acız vəziyyətdədir və mən bu ordunun acınacaqlı vəziyyətini ancaq müharibədən sonrakı Ermənistan ordusu ilə müqayisə edə bilərəm”.

Ukraynaya təcavüzdən sonra Rusiya ordusunun, Rusiya dövlətinin heç bir hörməti olmayacaq. Nə də Rusiya ordusuna o imkan verilməyəcək ki, onlar yenidən dirçəlsinlər və yeni ordu formalaşdırsınlar. Tətbiq edilən sanksiyalar isə elə-belə qaldırılmayaacq. Rusiya bir ölkə olaraq təcrid ölkəyə çevrilir və bundan sonrakı mərhələdə Rusiya dövləti çöküşə məhkumdur. Bunu yadınızda saxlayın.

Nüvə silahlarının olması da boş şeydir. Heç bir nüvə silahı iqtisadi inkişafı və rifahı təmin etmir və bu silah sadəcə bumeranqdır. Bu silahdan istifadə etməyə Putinə heç imkan verməyəcək. Hansı təhlükə var ki, Rusiya nüvə silahdan istifadə edir? Bəlkə Rusiyaya atom bombası atılıb? Əksinə Rusiya işğalçılıq siyasəti ilə məşğuldur və Ukrayna ərazini işğal edir.

Bir daha qeyd edim ki, Rusiya ordusu çox bərbad və acız vəziyyətdədir və mən bu ordunun acınacaqlı vəziyyətini ancaq müharibədən sonrakı Ermənistan ordusu ilə müqayisə edə bilərəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Malidə "Vaqner"in döyüşçüləri pusquya salınıb, 20-dən çox adam öldürülüb

Qərbi Azərbaycan İcması Paris olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı qınayıb

Ən çox oxunanalar