Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Rusiya çökəcək, bataqlıqdan çıxması qeyri-mümkündür" - Vahid Əhmədov

Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə artıq müxtəlif iri şəhərləri əhatə edib. Rus qoşunları sivil insanları, mülki obyektləri hədəf alaraq bombalayır. Buna görə də dünya ölkələri Rusiyaya qarşı ciddi iqtisadi sanksiyalar tətbiq edirlər.

Maraqlıdır ki, bu sanksiyalar Rusiya Prezidenti Vladimir Putini durdura biləcəkmi? Rusiya müharibəyə başlamaqla nələri itirəcək?

Məsələ ilə bağlı millət vəkili Vahid Əhmədov Bakupost.az -a açıqlama verib.
Bildirib ki, Rusiyada iqtisadi çöküş və siyasi parçalanma qaçılmazdır:
Rusiya Ukraynaya hücum etməklə çox ciddi səhvə yol verib. Ona görə ki, müəyyən məsələləri hesablamayıb. Onlar Ukrayna xalqının əzmkarlığını, Zelenskinin iradəsini o qədər də diqqətə almayıb. Müharibənin 14-ci günü olmasına baxmayaraq, Rusiya öz istəklərinə nail ola bilməyib və təxminən 11 mindən çox itkisi var. İndi Belarusdan başqa bütün dünya ölkələri Ukraynanı müdafiə edir və yardımlar göndərir. Aldığım məlumata görə, hətta 100 minə yaxın legioner Ukraynaya vuruşmağa gəlib. Eyni zamanda, iqtisadi və hərbi silah-sursat baxımından dünya ölkələri Ukraynaya dəstək olur”.

Millət vəkili Ukrayna ordusunun döyüş taktikasına da diqqət çəkib:
“Tarixdən məlumdur ki, Ukrayna dövləti İkinci Dünya müharibəsində partizan döyüşlərinə cəlb olunub və döyüşləri uğurla da aparıb. İndi də faktiki olaraq müəyyən şəhərlərdə, kəndlərdə Rusiya ordusunu tələyə salır, sonra hər tərəfdən hücum edib onları tərksilah edirlər. Bu müharibədə Rusiyanın kifayət qədər böyük itkisi var və bu, Rusiya üçün gözlənilən deyildi. Hesab edirəm ki, müharibə hələ bir müddət uzanacaq. Ola bilər bir ay, yaxud 20 gün davam etsin, amma axırda məsələ heç də Rusiyanın xeyrinə olmayacaq. Hətta ABŞ prezidenti Co Bayden belə bir bəyanat verib ki, biz artıq NATO dövlətlərinə icazə veririk, Ukraynaya istədikləri vaxt təyyarələr verə bilərlər. Bu da ciddi məsələdir. Bununla yanaşı Ukrayna dövləti kifayət qədər silah-sursata malikdir. Həmçinin Ukraynada təslim olmaqla bağlı əhval-ruhiyyə yoxdur və onlar sona qədər vuruşacaqlar”.

V.Əhmədov Rusiyaya tətbiq olunan sanksiyalardan da danışıb:
Rusiya dövlətinə çox böyük embarqolar qoyulub. SWIFT-dən çıxarılıb, 5 əsas bankları kənarlaşdırıb və digər iqtisadi sanksiyalar tətbiq olunub. Bu sanksiyaları Rusiya 10-15 günə hiss edəcək və ciddi iqtisadi çöküntülərə gətirib çıxaracaq. Hesab edirəm ki, bu müharibədə Rusiya dövlətinin qalib gəlməsi sual altındadır”.

Millət vəkili bildirib ki, Rusiyaya sanksiya tətbiq edən ölkələrin özlərinə də bunun müəyyən təsiri olacaq:

“Həmin ölkələr hər şeyi gözə alaraq bu addımı atırlar. Onlar başa düşürlər ki, Rusiya Ukraynada qələbə qazansa, sonradan qonşu və digər dövlətlərə də sirayət edə bilər. Ona görə də onlar bu sanksiyaları etməkdən çəkinmirlər. Hətta Çin dövləti də mövqeyini bildirib ki, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”.

Millət vəkilinin sözlərinə görə, Putinin nə arxaya, nə də irəliyə yolu var:
“Hazırda Rusiyanın daxilində çox ciddi problemlər yaranıb. Bütün iri şəhərlərdə Putinin və müharibənin əleyhinə aksiyalar keçirilir. Rusiyanın ziyalıları çıxışlar edərək müharibəni dayandırmağı tələb edirlər. Bunları rus xalqı anlayır. 11 min meyitin Rusiyada kənd və şəhərlərə gətirilməsi ilə çox ciddi problemlər yarana bilər. Ona görə də Rusiyanın özünün daxilində vəziyyət çox kritikdir. Hələ bilmək olmaz müharibə 10 gün də davam etsə, Rusiyanın özündə hansı hadisələr baş verəcək. Ümumiyyətlə, Qərb və Amerika Rusiyanı bu müharibədə böyük bir bataqlığın içinə saldılar, o bataqlıqdan Rusiyanın çıxması qeyri-mümkündür. Rusiya çox ciddi zəifləyəcək. Eyni zamanda Rusiyanın daxilində müstəqil olmayan dövlətlər müstəqil olmaq üçün mitinqlər edə bilərlər. Ona görə də Rusiyada iqtisadi cəhətdən çöküş, siyasi cəhətdən müəyyən parçalanmalar qaçılmazdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Yarımmilyonluq dələduzluqda ittiham olunan məmur azadlıqda: Cavanşir Əvəzovu kim qoruyur?

Ən çox oxunanalar