Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna üçün "Marşal planı" - Britaniyanın əsas hədəfi nədir?

Böyük Britaniyanın baş naziri Boris Conson Vişeqrad qrupunun liderlərini Ukrayna üçün "Marşal Planı” hazırlamağa çağırıb.

Bu barədə "Financial Times" məlumat yayıb

Qeyd edilib ki, bu, qismən rus oliqarxlarının özgəninkiləşdirilən əmlakı hesabına maliyyələşdirilə bilər.

Conson bildirib ki, Rusiya ilə müharibədən sonra ölkənin yenidən qurulmasına kömək etmək üçün belə bir plan hazırlanmalıdır.

Böyük Britaniya ilə Vişeqrad qrupunun dörd ölkəsi - Çexiya, Macarıstan, Polşa və Slovakiya arasında keçirilən sammitdən sonra həmsöhbətlərdən biri beş liderin sözlərini nəql edib:

"Onlar Ukraynanı yenidən qura biləcəklərini söylədilər, baxmayaraq ki, bunu necə etməyi planlaşdırdıqlarının təfərrüatları müzakirənin ilkin mərhələsindədir".

Consonun tərəfdaşları deyirlər ki, pul mənbələrindən biri London əmlakının özgəninkiləşdirilməsi və Putinə bağlı sanksiya oliqarxlarına satılması ola bilər. Belə bir addım simvolik olsa da, müharibədən dağılmış ölkəni bərpa etmək üçün kifayət qədər vəsait toplaya bilməyəcək.

QEYD: "Marşal Planı" Avropa dövlətlərinə İkinci Dünya Müharibəsindən çıxmağa kömək edən bir plandır. 1947-ci ildə adından məlum olduğu kimi, ABŞ dövlət katibi Corc K. Marşall tərəfindən təklif edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar