Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Rusiya və Ukrayna növbəti dəfə danışıqlar masasında oturacaq... - Putin hədəfinə çatmadan geri çəkilə bilər?

Hazırda yaranmış beynəlxalq şərtlərdə Putinin hədəfə çatmadan geri çəkiləcəyinə və Ukraynadan qoşunları çıxaracağına ehtimal vermək olar?..

Politoloq: “Əslində Rusiya çıxılmaz dalana girib və bütün variantlarda artıq əvvəlki nüfuzunu və təsir gücünü qoruyub saxlaya bilməyəcək. Təbii ki, Putin və ətrafıda bunu çox yaxşı anlayır. Ona görə də Putinin, heç olmasa rus xalqının gözündə qalib ola bilmək üçün axıra qədər gedəcəyini düşünürəm”.

“Danışıqlara gəlincə isə, bütün hallarda bu danışıqlar sırf danışıqlar naminə aparılır və düşünürəm ki, nəticəsiz olacaq”.

Bu sözləri politoloq Samir Hümbətov Rusiya və Ukrayna arasında baş tutması gözlənilən ikinci görüşü PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya və Ukrayna arasında bu gün danışıqların ikinci raundu gözlənilir. Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlar aparmaq üçün ilkin şərt irəli sürüb. Zelenski danışıqlar masasında oturmaq üçün ilk növbədə atəşi dayandırılmasının zəruriliyini qeyd edib.

Xatırladaq ki, iki gün əvvəl Belarusun Qomel şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Görüş təxminən 6 saat davam edib. Görüşdən sonra tərəflər məsləhətləşmələr aparmaq üçün öz ölkələrinə qayıdıblar.

Qeyd edək ki, Rusiya danışıqlar masaında Ukraynada hakimiyyətin dəyişməsini, Krımın Rusiya ərazisi olaraq tanınmasını, Ukraynanın federallaşmasını tələb edir. Ukrayna isə sözsüz ordunun Ukrayna ərazisindən çxarılmasını Rusiyadan tələb edir.

Maksimal şərtlərlə çıxış edən tərəflərin bu danışıqlarda razılığa gəlməsi mümkün görünürmü? Ümumiyyətlə hazırda yaranmış beynəlxalq şərtlərdə Putinin hədəfə çatmadan geri çəkiləcəyinə və Ukraynadan qoşunları çıxaracağına ehtimal vermək olar?

Mövzunu PİA.az-ın əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “ Rusiya Ukraynanı tam işğal edə bilsə belə, hədəfinə çata bilməyəcək. Çünki bu nəhəng ölkə uzun illərə təcrid vəziyyətdə yaşayayacaq”.

Tərəflərin hansısa razılıq əldə etməsinin çox çətin məsələ olduğunu bildirən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Rusiya artıq 6 min qədərcanlı qüvvə itirib. Üstəlik Rusiya xeyli sayda texnika və silah-sursat itirib:

“Ukrayna və Rusiya arasında danışıqların neçənçi raundunun keçirilməsindən asılı olmayaraq düşünmürəm ki, bu danışıqlarda hansısa ciddi nəticə əldə oluna bilər. Çünki tərəflər maksimal tələblər irəli sürürlər. Yəni Ukrayna həm Krımdan, həm də Donesk və Lukansk ərazisindən rus qoşunlarının çıxarılmasını istəyir. Rusiya isə Krımın Risiya ərazisi kimi tanınmasını istəyir. Eyni zamanda Rusiya Donesk və Lukansk ərazilərinin müstəqilliyinin tanınması ilə bağlı da tələb irəli sürüb. Bundan başqa Rusiya tərəfi Ukraynanın federallaşmasını əsas şərk kimi irəli sürüb

Belə olan halda tərəflərin hansısa razılıq əldə etməsi çox çətin məsələdir. Rusiya artıq 6 min canlı qüvvə itirib. Üstəlik Rusiya xeyli sayda texnika və silah-sursat itirib. Eyni zamanda dünyada Rusiyanın və Putin hökümətinin nüfuzu zədələnib. Artıq dünya ictimaiyyəti Putini Hitlerlə eyniləşdirirlər. Təbii ki, bütün bunlar Rusiyanın fövqəldövlət olaraq imicini ciddi şəkildə zədələyir.

Həmçinin Rusiyaya çox ağır sanksiyalar tətbiq edilib və edilməkdə davam edir. Bütün bunların hamısı Rusiyaya çox ağır zərbə oldu və Rusiya Ukraynanı tam işğal edə bilsə belə, hədəfinə çata bilməyəcək. Çünki bu nəhəng ölkə uzun illərə təcrid vəziyyətdə yaşayayacaq.

Bu gün Ukrayna tərəfi elan edib ki, həm psixoloji, həm də hərbi üstünlük onların əlindədir. Ukrayna tərəfi yaxşı bilir ki, müharibəni dayandırandan sonra Rusiyaya qarşı təzyiqlər daha da artacaq. Əslində Rusiya çıxılmaz dalana girib və bütün variantlarda artıq əvvəlki nüfuzunu və təsir gücünü qoruyub saxlaya bilməyəcək. Təbii ki, Putin və ətrafıda bunu çox yaxşı anlayır. Ona görə də Putinin, heç olmasa rus xalqının gözündə qalib ola bilmək üçün axıra qədər gedəcəyini düşünürəm. Ukrayna isə müharibəni dayandırmaq istəyir. Çünki müharibənin dayanması Ukraynanın birmənalı qələbəsi olacaq. Amma Rusiya tərəfinin buna nə qədər meylli ola biləcəyi önəmlidir.

Samir Hümbətov: “Ukrayna uğurlu bir şəkildə müdafiə olunmaqla yanaşı düşmənə istər texnika, istərsə də canlı qüvvə sarıdan ağır itkilər verə bilr. Ukrayna ordusunun tez bir zamanda kapitulyasiya edəcəyini isə demək mümkün deyil”.

Dünən Belarus da müharibəyə qoşuldu. Bu da onu göstərir ki, Putin razılaşmaq barədə düşünmür və maksimal hədəflərə çatmaq istəyir. Çünki Putinin başlatdığı bu avatüranın digər bütün versiyaları fəlakət anlamındadır. Həm Putin üçün, həm də Rusiya üçün. Putin hakimiyyətini itirə bilər, Rusiya isə qlobal dövlət imicini yox edər.

Hesab edirəm ki, Rusiya Belarusu da bu müharibəyə qoşmaqla əslində müharibənin coğrafiyasənə daha da böyütmək, qısa zamanda Kiyevdə daxil olmaqla böyük şəhərləri nəzarətə götürmək istəyir. Amma bu planın nə qədər uğurlu olacağı sual altındadır. Bu vəziyyətə görə danışıqların davam etdirilməsi Putinin maraqlarına zidd deyil, amma bu danışıqların nəticəsinin olmasına inanmıram.

Digər tərəfdən NATO da Ukrayna sərhəddinə 100 mindən artıq qoşun yığıb. Buna səbəb nədir? Səbəb odur ki, artıq kollektiv Qərb Rusiyaya qətiyyən inanmır. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Putin qoşunlarını Ukraynadan çıxarmaq istəməyəcək. Böyük ehtimmalla Putin çox böyük itkilərlə qoşunlarını Ukraynada saxlamağa çalışacaq. Ukrayna isə müdafiə olunacaq.

Əgər ABŞ və Avropdadan Ukraynaya güclü silah-sursat dəstəyi və humanitar yardım olarsa, Ukrayna Rusiya qarşısında dayanmağı başaracaq və Rusiyaya istər hərbi, istər siyasi, istərsə də iqtisadi cəhətdən ağır itkilər verməyə nail olacaq.

Hələ ki, müharibəyə davam edir və bu müharibədə kimin qalib gəlməsini söyləmək də tezdir. Çünki Ukrayna uğurlu bir şəkildə müdafiə olunmaqla yanaşı düşmənə istər texnika, istərsə də canlı qüvvə sarıdan ağır itkilər verə bilr. Ukrayna ordusunun tez bir zamanda kapitulyasiya edəcəyini isə demək mümkün deyil.

Danışıqlara gəlincə isə, bütün hallarda bu danışıqlar sırf danışıqlar naminə aparılır və düşünürəm ki, nəticəsiz olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Bakı metrosunda toplanan yeraltı sular şəhərin təmizlənməsində istifadə ediləcək

Rusiya, SEPAH və Qərb arasında qalan Pezeşkian...

İş və istirahət günlərinin yerləri dəyişdirilib

Ən çox oxunanalar