Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soltan Məmmədov erməni deputatın ittihamlarına cavab verdi

Azərbaycanın hazırkı mövqeyi bütün beynəlxalq qanunlara və humanitar hüquqa uyğundur.

Bunu İrəvanda AVRONEST Parlament Assambleyasında iştirak edən Azərbaycan parlamentinin deputatı Soltan Məmmədov erməni deputatın ittihamlarına cavabında deyib.

O bildirib ki, Qarabağ münaqişəsi beynəlxalq hüquq və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilib: “Mən bir daha təkrar etməkdən xoşbəxtəm ki, münaqişə artıq başa çatıb və biz regiona yeni reallıqlar, yeni geosiyasi reallıqlar gətiririk. Bütün beynəlxalq təşkilatlar regiona əməkdaşlığın gətirilməsinin vacibliyini qeyd edirlər. Avropa da bu regional əməkdaşlığı dəstəkləyir. Biz bütün beynəlxalq platformalardan istifadə edərək regiona sülh gətirməyə çalışmaqdan məmnunuq”.

Soltan Məmmədov qeyd edib ki, Azərbaycan parlamentinin üzvlərinin Ermənistana səfəri iki ölkə arasında əlaqələrin istiləşməyə başlamasının əlamətidir.

Deputat Ermənistan nümayəndələrinin saxlanılanlarla bağlı ittihamlarına cavabında qeyd edib ki, Azərbaycan müharibədən dərhal sonra bütün əsirləri Ermənistana təhvil verib: “Saxlanılanlar və azad edilmiş ərazilərdəki mədəni irs abidələri ilə bağlı ittihamlara gəlincə, qeyd etmək istəyirəm ki, bütün əsirlər müharibədən dərhal sonra Ermənistana qaytarılıb. Hazırda Ermənistana qaytarılması müzakirə edilənlər isə müharibədən sonra saxlanılanlardır. Bu, bütün beynəlxalq qaydalara və qanunlara uyğundur”, - Soltan Məmmədov vurğulayıb.

Deputat Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın azərbaycanlının itkin düşdüyünü və onlardan heç bir məlumat olmadığını nümayəndələrin diqqətinə çatdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Prezident Administrasiyasının rəhbəri 34 saylı seçki məntəqəsində səs verib

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Ən çox oxunanalar