Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda 30 yeni kiçik su elektrik stansiyası istismara veriləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumilikdə 30 yeni kiçik su elektrik stansiyasının (KSES) istismara verilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-yə məxsus "Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi" MMC-nin direktoru Oqtay Pirverdiyev bildirib.

"İndiyə qədər Qarabağda 4 KSES istismara verilib. Onlardan biri Laçındakı "Güləbird" KSES-dir ki, iki aqreqatı var və gücü 7,5MVT-dır. İkincisi "Kəlbəcər" KSES-dir ki, bir aqreqatı var və gücü t MVT-dır. Bundan əlavə "Suqovuşan-1" KSES-də olan 3 aqreqatın hər birinin gücü 1,6 MVT, ümumi gücü 4,8 MVT, "Suqovuşan-2" KSES-də olan 3 aqreqatın isə hər birinin gücü 1 MVT, ümumi gücü isə 3 MVT-dır. Hazırda bu 4 stansiya normal rejimdə fəaliyyət göstərir və yaxın aylarda daha 5 SES-in istismara verilməsi üçün işlər aparılır", - deyə o, qeyd edib.

Bundan başqa, "Azərenerji" rəsmisi deyib ki, Suqovuşanda olan KSES-lərin fəaliyyəti üçün lazım olan su Sərsəng su anbarından gəlir: "Oranın rejiminə uyğun olaraq biz öz işimizi görürük. Əsasən yaz daşqın suları dövründə suyun səviyyəsi yüksək olur və artıq olan suyu biz Tərtər çayına ötürürük. Amma avqust-sentyabr aylarında suyun səviyyəsi az olur. Ssuqovuşanda istehsal edilən elektrik enerjisi Talış və Suqovuşan kəndlərinin elektrik enerjisi ilə təchizatı üçün istifadə edilir. Həmçinin 35 kV-luq kabellə Tərtər yarımstansiyasına birləşir. "Suqovuşan-1" KSES-in illik istehsal gücü 13,8 mln kVt/saat, "Suqovuşan-2" KSES-in isə illik istehsal gücü 7 mln kVt/saatdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Pavel Durovun nələrdə ittiham olunduğu məlum olub

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

DİN-dən xəbərdarlıq: Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıb

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Ən çox oxunanalar