Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pensiya artımının sualları

Prezident İlham Əliyevin 8 fevral sərəncamına görə, bütün növ əmək pensiyaları orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 3,4 faiz artırılıb. Artım 2022-ci il yanvarın 1-dən tətbiq olunur.

Sərəncamın başqa tələbinə əsasən, 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 200 manat məbləğində maddi yardım verilir. Yardım hər rübün əvvəlində 50 manat olmaqla ödənəcək.

Dövlət başçısı Nazirlər Kabinetinə 200 manatlıq yardımın 2023-cü il yanvarın 1-dən etibarən onun şamil edildiyi əmək pensiyaçılarının illik pensiyalarının tərkibinə daxil edilməsi təklifləri hazırlamağı tapşırıb.

İqtisadçı Qubad İbadoğlu qeyd edir ki, indeksləşmə nəticəsində 250 manat alanların pensiyası 258 manat 50 qəpiyə, 300 manat alanların pensiyası 310 manat 20 qəpiyə, 350 manat alanların pensiyası 361 manat 90 qəpiyə çatdırılır: “Pensiyaçılara rübdə 50 manat (ayda 16,6 manat) yardımı da nəzərdə alanda pensiyaçı ayda orta hesabla 24 manat əlavə ödəniş əldə edir”.

Novator.az-ın məlumatına görə, 8 fevral sərəncamını şərh edən iqtisadçı Natiq Cəfərli yazır ki, 2018-ci ilə qədər ölkədə pensiyaların indeksləşdirilməsi rəsmi inflyasiya rəqəmlərinə uyğun aparılırdı: “2015-ci ildəki devalvasiyalar inflyasiyanı kəskin artırdı, 2016-cı ilin rəsmi inflyasiya rəqəmi 12,1 faiz oldu. Bunu görən hökumət 2017-ci ilin iyulunda indeksləşmənin formulunu dəyişdi – 2018-ci ildən indeksləşmə orta əməkhaqqının illik artımına uyğun aparılmağa başlandı ki, insanlara daha az kompensasiya ödəmək mümkün olsun. Yəni hökumətin əsas istəyi qənaət idi – çünki orta əməkhaqqının illik artımı hər il 3 faiz həndəvərində göstərilirdi.

Bu il pensiyalarda 3,4 faiz artım rəsmiləşdi. Yəni 300 manat pensiya alan indi 310 manat 20 qəpik almalıdır. Gördülər ki, lap ağ oldu, qiymətlər kəllə-çarxa çıxıb, ona görə 200 manatlıq yardım qərarı da verildi.

Yaxşı, sual yaranır, niyə bunu normal artım kimi indeksləşməyə əlavə etmirlər? Cavab sadədir: bu yanaşmanı qanuna salıb indeksləşməni, məsələn, orta əməkhaqqının illik artımının 2 misli və ya 3 misli kimi etsələr, gələn il də eyni göstəricilərlə indeksləşmə olmalıdır. Ödənişi qanunla deyil, prezident sərəncamı ilə edirlər ki, onun nüfuzuna müsbət təsir etsin, həm də hər il pensiya artımı dövlət başçısından asılı olsun, halbuki normalda bu, qanunlarla tənzimlənməli, heç kəsin yanaşmasından asılı olmamalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Polis saxta generalı dələduzluğa görə saxladı

Ən çox oxunanalar