Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

VHP Qadınlar Şurasına yeni sədr seçilib - Fotolar

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Qərargahında partiyanın Qadınlar Şurasının növbəti konfransı keçirilib. Toplantını VHP Şuşa rayon təşkilatının sədri Ofelya Rəşidqızı açdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi  dəqiqəlik sükutla yad edildi.

İclasın gündəliyi təsdiq edildikdən sonra VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı toplantı iştirakçılarının salamlayaraq qadınların milli tariximizdə, bu günümüzdə və partiya fəaliyyətində rolundan danışdı:  Qadına, anaya hörmət Azərbaycan xalqının minillik ənənəsindədir: Ana haqqı Tanrı haqqıdır, deyib atalarımız. Əski türk təfəkküründə mövcud olan qadınların seçmək, ərləri ilə bərabər məsuliyyəti daşımaq Azərbaycanda həmişə qorunub. Azərbaycan qadınları illərlə ana dilini unudulmağa qoymadı: laylalar, ənənəyə bağlılıq milli varlığımız olan dilimizi, mentalitetimizi yaşatdı və əlbəttə ki, Milli Azadlıq Hərəkatında da yenə Qadınların ön sıralarda görməyimiz təsadüfü deyildi. Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında kişilərlə çiyin-çiyinə olan Azərbaycan qadını son 30 ilin işğal acısını da hamıdan artıq içində yaşatdı.  İkinci Qarabağ savaşında dünyaya səs salan döyüş qəhrəmanlığında məhz Azərbaycan qadınlarının yetişdirdiyi övladların imzası var. Bu gün də dövlət quruculuğunda, cəmiyyətin maariflənməsi və inkişafında Azərbaycan Qadını ön sırada durur. Vətəndaş Həmrəyliyi Partiyası da yarandığı gündən qadınların fəaliyyətinə önəm vermiş, hər zaman partiyanın rəhbər strukturlarında qadınlar təmsil olunmuşdur. Bu il yaranmasının 30 illiyini qeyd edən VHP ideologiyasının, siyasi xəttinin sabitliyinə görə Azərbaycan siyasi sistemində xüsusi yer tutur və heç şübhəsiz bu prosesdə bizimlə birgə yol gələn qadınların xidməti müstəsnadır. Sizin hər birinizə şəxsi həyatınızda uğurlar diləyir və partiya fəaliyyətində bundan sonra da aktiv olacağınıza ümid edirəm”.

Daha sonra VHP Qadınlar Şurasının üzvləri Narıngül Nadır, Şəfəq Sahibli, Aysel Bəgəliyeva, Kəmalə Hüseynova, Müşfiqə Baləddinqızı, Gülər Eldarqızı çıxış edərək Vətəndaş Həmrəyliyi Partiyasının keçdiyi tarixi yoldan, qadınların siyasi fəaliyyətinin cəmiyyət üçün faydalarından bəhs etmiş, VHP-çi qadınların partiya işində iştirakının daha da artırılmasının zəruriliyindən bəhs etmişdir.

Daha sonra gündəliyə uyğun təşkilati məsələyə baxılmışdır. VHP Qadınlar Şurasının sədr əvəzi Şəfəq Qulusoy hesabat məruzəsi ilə çıxış etmiş , partiya strukturunda yeni vəzifə tutduğu üçün bu vəzifəni apara bilməyəcəyini bildirib. VHP Qadınlar Şurasının 17 nəfərdən ibarət Məclis üzvü seçildi. Tanınmış yazar Aysel Xanlarqızı VHP Qadınlar Şurasının sədri, Narıngül Nadir, Aysel Bəgəliyeva və Aydan Səfərova VHP Qadınlar Şurasının sədrinin müavinləri seçildi.

pia.az

 

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Ən çox oxunanalar