Çərşənbə axşamı, 18 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftin qiyməti niyə qalxır? - Tək Ukrayna münaqişəsi səbəbindənmi?..

Hazırda qiymətlərin yüksək olmasının səbəbləri bir neçə amillə bağlıdır...

Valid Haduri
“The Independent” qəzeti, 2 fevral 2022-ci il

“Brent” markalı neftin qiyməti 7 ildə ilk dəfə ötən həftə 90 dollar/barelə çatıb. Neftin qiymətinin 5 həftə dalbadal artması bu ilin əvvəlindən neftin qiymətini təxminən 10% artırıb.

Neft qiymətlərinə çox vaxt iqtisadi bazar amilləri təsir edir. Məsələn, OPEC ölkələri və indi OPEC+ qrupu istehsal dərəcələri, Oklahoma ştatının Kaşinq şəhərindəki kütləvi anbar kompleksində ABŞ-ın neft ehtiyatlarının həftəlik göstəriciləri, dolların faiz dərəcəsi və dolların digər ehtiyat valyutalara nisbətən gücü və ya zəifliyi. Bu iqtisadi faktorların hər biri ilə bağlı gündəlik xəbərlərə görə neftin qiyməti dəyişir.

Bununla belə, qiymətlərə həm də xarici, geostrateji faktorlar, mövsümi dəyişikliklər, təbii hadisələr, böyük ölkələrin siyasətləri və iqtisadi tələbləri təsir edir. OPEC+ qrupu neftə tələb və təklifi tarazlaşdırmaqla bazarların sabitləşdirilməsində əsas rol oynayır. Bu, Covid-19 pandemiyasının kəskinləşməsi ilə tələb və qiymət balansı pozulduğu zaman baş verdi.

Lakin ötən ilin yayından etibarən yüksək tələbin yenidən qayıtması, korona variantları ilə bağlı yoluxmaların nisbətən azalması, bir çox ölkənin dayandırdığı iqtisadi fəaliyyətlərin yenidən aktivləşməsi və tam bağlanma dövrlərini azaltmaq cəhdi ilə OPEC+ qrupu hasilatı hər ay gündəlik 400.000 barel artırdı.

Bundan əlavə, OPEC+ təqribən 2,5 milyon barellik əlavə istehsal gücünü saxlamaqla yanaşı, qrupda ən yüksək hasilat göstəricisinə malik olan Səudiyyə Ərəbistanı rəhbərliyinin əldə etdiyi uğur sayəsində öz qərarlarına sadiqlik baxımından etibar qazana bildi. Səudiyyə Ərəbistanının bu əlavə gücü lazım gəldikdə bazarlarda tədarük balansının təmin edilməsi rolunu oynayır və bu potensial başqa heç bir istehsalçı ölkədə yoxdur.

Bundan əlavə, Səudiyyə ƏrəbistanıRusiyanın birgə istehsal gücünü (gündə təxminən 20 milyon barel və ya ümumi qlobal neft hasilatının təxminən 20%-ni) nəzərə alsaq, Səudiyyə Ərəbistanı-Rusiya əməkdaşlığının səmərəli əlaqələndirilməsi də mühüm rol oynayır. Buna Səudiyyə Ərəbistanının OPEC Təşkilatına üzv dövlətlərdəki rolunu və Rusiyanın qeyri-OPEC qrupuna daxil olan ölkələrə təsirini də əlavə etmək olar.

Hazırda yüksək qiymətlər bir neçə amillə bağlıdır. Bu müddət ərzində bəzi hadisələrə şahid oluruq:

Birincisi, neft sənayesi rəsmiləri arasında artan sübutlar göstərir ki, enerji keçidinə gedən yol tıxaclarla doludur. Tıxaclar dedikdə üçüncü dünya ölkələrinin 2050-ci ilə qədər emissiyaları sıfıra endirmək öhdəliyini götürmə ehtimalının nə qədər olduğunu nəzərə tuturuq. Yeni yanacaq olacağına ümid edilən hidrogen nə dərəcədə uğurludur?

Üstəlik, bu və bir çox digər suallar bu keçid dövründə neft bazarlarını narahat edəcəkmi? Bu suallar sənayeləşmiş istehlakçı ölkələri enerji təhlükəsizliyinin köhnə-yeni strateji ölçüsü ilə bağlı narahat etməyə başlayıb.

Narahatlıq doğuran digər amil neft yataqlarının həm kəşfinə, həm də işlənməsinə edilən investisiyaların azalmasıdır. Bu, mövcud ehtiyat əmsallarını aşağı saldı.

Şimal yarımkürəsində sərt qış başlamazdan əvvəl yanacağın, xüsusilə də təbii qazın saxlanma tariflərinin aşağı salınması təbii qaz istehlakının artması səbəbindən tədarük çatışmazlığına səbəb olduğundan Avropa ölkələrində olduğu kimi, elektrik enerjisi və yanacağın qiymətlərində də yüksək artım olub. Bu, elektrik stansiyalarında istehsal üçün təbii qazın mazutla əvəzlənməsinə səbəb oldu. Bu isə ilin bu vaxtında neftə tələbatın artması mənasına gəlir.

Dünyanın ikinci ən böyük istehlakçısı olan Çinə gəlincə, karbon qazı tullantılarının intensivliyi səbəbindən kömür istehlakının azalması onu təbii qazla əvəz edib, nəticədə tələbat artıb, təklif azalıb. Bu da neftə tələbatın və qiymətlərin artmasına təkan verdi.

İkinci amil Ukrayna ilə bağlı böyük dövlətlər arasında artan təhdidlər və bunun Ukrayna üzərindən Avropaya tranzit qaz ixracına təsiri ilə əlaqədardır.

Rusiyanın Ukraynaya təcavüzü ilə Ukraynanın NATO-ya daxil olma ehtimalı arasındakı münaqişə təbii ki, geostratejidir. Təhdidlər artıb və hər iki tərəf “Avropa müharibəsi” ifadələrini işlətməyə başlayıb. Təhdidlər, müxtəlif tərəflərin silahlı qüvvələrinin səfərbər olması, boykot və mühasirə xəbərdarlığı kimi hadisələr bazarlarda çaxnaşma yaradıb. Avropa və qlobal neft ticarəti üçün potensial təhdidlərin təsirlərini nəzərə alsaq, bu, neft və təbii qazın qiymətlərinin də artmasına səbəb olub.

Bundan əlavə, Qazaxıstandakı siyasi iğtişaşlar Husi milislərinin Əbu-Dabidəki neft obyektlərini bombalaması ilə bağlı qorxuları artırıb. Bu durum tədarükdə real daralmaya səbəb olmasa da, azalma yaradıb.

Üçüncüsü, Rusiyadan idxal olunan təbii qazın qiymətinin necə ödəniləcəyi ilə bağlı son vaxtlar Avropa ölkələri ilə Rusiya arasında münaqişələrlə bağlıdır. Avropa ölkələri isə Rusiyanın uzunmüddətli müqavilə tələbinin əksinə, qısamüddətli müqavilələr tələb edirlər.

Müqavilələrin xarakterində olan bu ziddiyyət hər iki tərəfin iqtisadi maraqlarını əks etdirir. Bu münaqişə ötən ilin sentyabrında başa çatdırılan və 11 milyard dollara başa gələn Rusiya ilə Almaniya arasında “Şimal Axını-2” dəniz qaz kəməri şəbəkəsinin istismarında özünü büruzə verdi.

Bu mübahisələrə, həmçinin iqtisadi səbəblərə görə Avropanın Rusiya qazından artan asılılığına Amerikanın siyasi müdaxiləsi də daxildir. Amerikanın müdaxiləsinin səbəbi artan miqdarda Amerika mayeləşdirilmiş təbii qazının (LNG) Avropa bazarında daha böyük bir pay almasına icazə verilməsidir. Əslində, ABŞ-ın Avropaya LNG ixracı artmağa başlayıb. Bu da Rusiyanın oradakı maraqlarını təhdid edir.

Qeyd edək ki, son vaxtlar Şimal-Şərqi Asiyada LNG qiymətləri təxminən 23 dollara, Avropaya ixrac olunan qazın qiyməti isə MMBtu üçün təxminən 30 dollara qədər artıb.

Dördüncüsü, ABŞ-da benzinin qiymətinin artmasıdır. Bu artım inflyasiya nisbətlərini son 30 ilin ən yüksək səviyyəsinə çatdırdı. Bu, öz növbəsində, Amerika vətəndaşlarının reaksiyalarına mənfi təsir göstərə bilər və Demokratlar Partiyası gələn ilin noyabrında keçiriləcək aralıq seçkilərində məğlub ola bilər.

Prezident Co Baydenin ABŞ-da benzinin qiymətinin artması və bunun inflyasiyaya təsirindən narahat olduğu aydın olub. Çünki onun neft hasilatını artırmaqla bağlı verdiyi son qərarlar təxminən bir il əvvəl vəzifəyə gələrkən qəbul etdiyi qərarlarla ziddiyyət təşkil edir.

Qeyd edək ki, Bayden Administrasiyası vəzifəyə gələn kimi, karbon qazı emissiyalarını azaltmaq üçün ABŞ-da neft hasilatını azaltmaq üçün bir sıra qərarlar qəbul etmişdi.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda vəzifəli şəxsin üzərinə benzin tökdülər

Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb

Cavanşir körpüsündə işlər nə yerdədir? - Video

Bakıdakı dəhşətli qəzanın anbaan görüntüləri

AVRO-2024: Türkiyə və Portuqaliya milliləri mübarizəyə start verir

Türkiyə Azərbaycana 100 min ədəd ağac tingi göndərib, Qarabağ və Bakıda əkiləcək

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” qlobal sammiti işə başlayıb

3 bürcün həyatında tezliklə sevgi macəraları başlayacaq

Orban: Brüsseldə Avropa xalqının iradəsinə məhəl qoyulmadı

Ötən gün 38 kq-a yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Ən çox oxunanalar