Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu Cavanşir Feyziyevə cavab verdi

"Özünün və ailəsinin adı çirkli pulların yuyulmasında hallanan, buna görə Azərbaycan dövlətini bütün dünyada rüsvay edən, parlamentin üzvü Cavanşir Feyziyev abrına qısılıb (əgər varsa) susmaq əvəzinə, müsahibəsində məni və professor Cəmil Həsənlini təhqir və onun barəsində yayılan məlumatarı təkzib edib. 5,63 milyon funt sterlinqi və ya 7,5 milyon dolları və ya 13 milyon manatı itirən şəxsin psixloloji durumunu anlayışla qəbul etsək də, Feyziyevin təhqirlərinə onun səviyyəsinə enib cavab vermək niyyətində deyiləm".

PİA.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu bildirib.

"Birincisi, məlumat tam doğrudur, bu barədə ilk informasiyanı Britaniyanın Milli Cinayət Agentliyi (MCA) yayıb və MCA-ya istinadən nüfuzlu Bloomberg, The Guardian, BBC nəşrləri və dünyanın 100-dək mətbu orqanları bu barədə yazı dərc edib. İkincisi, nə mənim, nə də Cəmil Həsənlinin Cavanşir Feyziyev problemi yoxdur, problemimiz Azərbaycanın adının mütəşəkkil cinayətkarlıqda hallandırılaraq ölkənin reputasiyasının korlanması ilə bağlıdır. Odur ki, xalqın pulunu oğurlayıb onu son nəticədə xaricilərə yedizdirənlərlə heç vaxt barışmayacağıq. Belələrinin ifşa olunması üçün sonadək mübarizə aparacağıq. Cavanşir Feyziyevin iradı vasrsa MCA-ya, Westminister Magistrates Məhkəməsinə, BBC-yə, Bloomberqə, Guardiana bildirsin. Cavanşir Feyziyevin əməlində cinayət tərkibi olduğuna, Azərbaycanın adını bütün dünyada biabır etdiyinə görə onun parlamentdə qalmağa nə mənəvi, nə də siyasi haqqı çatır. Cavanşir Feyziyev kimilərinin əməllərinə görə Azərbaycan beynəlxalq səviyyədə korrupsioner ölkə kimi tanınır, ölkəyə normal xarici investor gəlmir, belələrinə görə ölkədə keyfiyyətsiz və bahalı dərmanlar satılır, nəticədə alıcılar xəstəlikdən və yoxsulluqdan qoruna bilmirlər. Cavanşir Feyziyev həqiqətən xalqını və dövlətini sevirsə nədən "qazandığı" pullu ölkənin sərmayə ehtiyacı olduğu halda milli iqtisadiyyata, yerli banklara deyil, xarici banklarda depozitə qoyur? -, deyə Q.İbadoğlu qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Polis saxta generalı dələduzluğa görə saxladı

Ən çox oxunanalar