Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllif Rəsulzadə ilə bağlı filmi efirə getmədiyinə görə AzTV-dən istefa verib

“Yüz İlin Sirləri” proqramının layihə rəhbəri Fəxrəddin Həsənzadə Məmməd Əmin Rəsulzadə ilə bağlı hazırladığı film efirə getmədiyi üçün AzTV ilə yolunun ayrıldığını bildirib. Onun hazırladığı filmin yanvarın 30-da saat 22-də efirə gedəcəyi ilə bağlı AzTV reklam da yayıb. Lakin film efirə buraxılmayıb.

Fəxrəddin Həsənzadə facebook səhifəsində bunları yazıb:

“Əziz dostlarım, AzTV -də yayımlanan “Yüz İlin Sirləri” proqramının layihə rəhbəri və Rəsulzadə ilə bağlı sənədli filmi hazırlayan biri kimi ümumi bir açıqlama vermək istədim. Kanal rəhbərliyinə və hər kəsə əsaslı veriləcək cavabım və dəlillərim var. Amma dostlarım bilir, mən belə məqamdan şou düzəltməyi yox, susmağı üstün bilirəm. Bu gündən etibarən AzTV ilə yollarımı ayırmaq qərarı verirəm. Məni tanıyan hər kəs siyasi mövqeyimi də bilir. Mənim sadəcə bir məqsədim var idi. O da dünya tarixində iz qoyan Azərbaycanlıları ətraflı tanıtmaq.

Müsahibələrdə vaxtını aldığım dəyərli elm adamları və varislər haqlarını halal etsinlər. Yaranan duruma görə tamaşaçılarımızdan üzr istəyirəm”.

Öz növbəsində AzTV bu mövzuda filmin efirdə yayımlanacağı ilə bağlı anaons verilmədiyini bildirirb. Bir halda ki, sosial şəbəkələrdə verilişin anaonsu barədə video yayılıb.

https://ok.ru/video/3419260324458

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar