Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Dövlətin cərimələrə yanaşması dayişməlidir" - Açıqlama

"Düşünürəm ki, dövlətin cərimələrə yanaşması dayişməlidir".

Bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, hazırda mövcud olan və yayılmaqda davam edən təcrübəyə əsasən, bəzi dövlət qurumları tətbiq etdikləri inzibati cərimələrdən daxil olan vəsaitlərin bir hissəsinə özləri sərəncam verirlər:

"Onların işçilərinin əmək haqqına əhəmiyyətli əlavələr edilir, hətta bəzi qurumlar az qala cərimələr hesabına maliyyələşir. Belə yanaşma doğru deyil, çünki həmin dövlət qurumu və onun ayrı-ayrı əməkdaşları daimi olaraq həm cərimə məbləğlərinin, həm də cərimə tətbiqi hallarının artmasına çalışırlar. Bu isə cərimənin əsas funksiyasının – çəkindirmə funksiyasının itməsinə gətirir. Çoxlu cərimələr tətbiq edilsə də, həmin sahədə intizamsızlıq, hüquq pozuntuları artır. Vətəndaşların, sahibkarların və şirkətlərin dövlətə ödədikləri vəsaitlər əsasən 3 formadadır: vergilər, rüsumlar və cərimələr. Bunlardan ilk ikisi pozitiv ödəmələrdir. Yəni çox qazan, çox vergi ver, yaxud çoxlu dövlət xidmətlərindən (alqı-satqının təsdiqi, idxal-ixrac və s.) istifadə et, çoxlu rüsum ödə. Amma üçüncü neqativdir, ona yanaşma tam başqa olmalıdır. Cərimə konkret hüquq pozuntusuna görə sanksiyadır. Burada siyasət tam əksinə olmalıdır: qanunu pozma, intizamlı ol, cərimə ödəmə. Yəni dövlətə və cəmiyyətə lazım olan ödəniləcək cərimələr yox, yüksək nizam-intizam, kütləvi hüquqauyğun davranışdır. Bu səbəbdən əsas hədəf hüquq pozuntularının səblərini və zəminini aradan qaldırmaq, kütləvi nizam-intizamı, hüquqauyğun davranışı maksimum təmin etmək olmalıdır".

Ekspert qeyd edib ki, nizam-intizam yaradılmasında cəriməsiz keçinmək mümkün deyil:

"Lakin cərimə hədəf, məqsəd yox, nizam-intizam yaratmaq üsulu olmalıdır. Tətbiq edilən cərimələr də tam olaraq dövlət büdcəsinə daxil olmalı, ayrı-ayrı qurumlara hər hansı faiz verilmədən əsasən nizam-intizam yaradılmasına, başqa faydalı işlərə yönəldilməlidir. Qısası, dövlət qurumunun və onun əməkdaşının cərimədə bilavasitə marağı olmamlıdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar