Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstanda bir ailə komendant saatına görə güllələndi

Qazaxıstanın Almatı vilayətinin Taldı-Kurqan şəhərində üç nəfərdən ibarət ailə komendant saatına görə güllələnib.

PİA.az qafqazinfo-ya istinadən xəbər verir ki, insident yanvarın 8-i baş verib.

Belə ki, ailə ölkə vaxtı ilə 20:30-da öz avtomobilləri ilə evə qayıdırmış. Bu zaman maşın atəşə tutulub, nəticədə ailə başçısı Nurbolat Seytkulov, həyat yoldaşı Altınay Etaeva və 15 yaşlı qızları Nuray həlak olub.

Ailənin qohumlarının verdiyi məlumata görə, onlar komendant saatının 20:00-dan başladığını bilməyə bilərdilər. Maşının şüşələri salonu aydın şəkildə görməyə imkan verib və hərbçilər avtomobildə uşağın olduğunu görməli idilər. Bununla belə, heç kəs insidentin məhz necə baş verdiyini bilmir.

"Deyirlər ki, onlara hərbçilər atəş açıb. Çünki onlar patrul xidməti həyata keçirirlər. Lakin dəqiq bilmirik. Maşın hərbi hissəyə aparılıb", - deyə qohumlardan biri qeyd edib.

Nurbolat Seytkulov və həyat yoldaşının 51 yaşı olub. Ailə başçısı zavodda işləyirmiş, həyat yoldaşı evdar qadın olub. Nuray isə məktəbli olub.

Hazırda hadisə ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, Qazaxıstanda kütləvi iğtişaşlar fonunda yanvarın 5-dən 19-na qədər fövqəladə vəziyyət rejimi tətbiq olunur.

Fövqəladə vəziyyət rejimi çərçivəsində 20:00-dan 07:00-a qədər komendant saatının da tətbiq olunacağı bildirilmişdi. Daha sonradan Almatı şəhərində komendant saatının vaxtı dəyişdirilərək 23:00-dan 07:00-a qədər edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Ən çox oxunanalar