Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilmə qaydası hazırlanıb

1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə verilməsi qaydasının layihəsi hazırlanıb.

Bu barədə PİA.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmənin verilməsi qaydasına dair təkliflərin hazırlanması, bu istiqamətdə yerinə yetiriləcək işlərin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın iclası keçirilib.

Qeyd olunub ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sədrliyi ilə yaradılmış Komissiyanın üzvləri müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlərinin müavinləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəislərinin müavinləri, Dövlət Sığorta Kommersiya Şirkətinin sədridir.

İclasda S.Babayev Prezident İlham Əliyevin qeyd edilən Fərmanının müharibə əlillərinə xüsusi qayğısının növbəti təzahürü olduğunu vurğulayıb.

Bildirib ki, Fərman “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat etmiş şəxslərin isə vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmə (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) verilməsini nəzərdə tutur.

20 min şəxsi əhatə edəcəyi gözlənilən Fərmanın icrası işlərini diqqətə çatdıran nazir qeyd edib ki, I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə verilməsi qaydasının layihəsi artıq hazırlanıb və yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək. Nazirlər Kabineti tərəfindən həmin qayda dövlət başçısı ilə razılaşdırılaraq təsdiq edildikdən sonra ictimaiyyətə açıqlanacaq.

Müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək xəsarət alan hərbi qulluqçularının və daxili işlər orqanları əməkdaşlarının siyahısını, Ədliyyə Nazirliyi sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslərin siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə sığorta ödənişi verilmiş şəxslərin siyahısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcək.

Fərmanın əhatə etdiyi şəxslər təsdiq ediləcək Qaydalarda göstəriləcək sənədlərini (əlillik sənədləri, şəhadətnamə, xəsarət alması və ya xəstələnməsi ilə əlaqadar arayış, yaxud qərar və s.) öncədən açıqlanacaq tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun ərazi üzrə Filiallarına və ya DOST mərkəzlərinə təqdim edəcəklər. Vəfat etmiş müharibə əlillərinin vərəsələrinin vərəsəlik hüququ notariat orqanları tərəfindən müəyyən ediləcək.

Sənədlər təqdim edildikdən sonra ödəmə nağdsız qaydada şəxsin bank hesabına köçürüləcək və bu barədə onlara məlumat veriləcək. Birdəfəlik ödəmə qeyd olunan məbləğlərdə bir dəfə sığorta ödənişi almış hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilməyəcək.

İclasda Fərmanın icrası sahəsində aparılan birgə işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar