Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bərbad siyasət hər gün artan qiymətlər fonunda daha da eybəcər xarakter alır” - Elxan Şükürlü

Qazaxıstanda - Putinin “Yeni SSRİ”ni qurmaq istədiyi əsas ölkələrdən birində qiymət artımına etirazla başlayan və getdikcə genişlənən kütləvi aksiyalardan Azərbaycan hakimiyyəti də çox ciddi nəticə çıxarmalı, həmişəki arxayınlığını, nəhayət, bir kənara tullamalıdır”.

Bu barədə açıqlama ilə siyasi şərhçi Elxan Şükürlü çıxış edib.

E.Şükürlü bildirib ki, bizim hakimiyyət nə qədər cəmiyyətin müqavimət potensialının aşağı həddinə və Qarabağdakı qalibiyyətlə ictimai reytinqini yüksəltdiyinə arxayın olsa da, ölkədə yürüdülən bərbad sosial-iqtisadi siyasət hər gün artan qiymətlər fonunda daha eybəcər xarakter alır və bu durum istənilən xarici qüvvənin ölkəni içdən rahatca qarışdırmaq imkanlarını artırır!

“Sosiologiya elmi çoxdan sübut edib ki, bizim kimi mütəhərrik və kənar təsirlərə açıq cəmiyyətlərdə siyasi proseslərin latent inkişafı müayinəyə getməyən kasıb insanın orqanizmindəki xərçəng xəstəliyinə çox bənzəyir - bir də gözünü açırsan ki, hər şey gecikib, heç bir addımın faydası yoxdur!

Odur ki, hakimiyyət arxayınlığını bir kənara atıb, gecikmədən “cərrahi müdaxilə”yə - sürətli iqtisadi-siyasi islahatlara əl atmalı, ölkənin xaricindəki düşmən niyyətli güclərlə daxilindəki sabotajçıların əlbir hərəkətinə - sosial zəmində narazı kəsimdən istifadəsinə imkan yaratmamalı, xalqla real yaxınlaşma kursu seçməlidir!”, - deyə siyasi şərhçi əlavə edib.

Onun sözlərinə görə, unudulmamalıdır ki, kiçik bir yanlışlıq və arxayınçılıq öyündüyümüz Qarabağ zəfərini də tamamilə əlimizdən ala, heçə-puça çevirə bilər!:

“Zamanında özün gərəkli cəsarətli addımları atmalısan ki, ya kütlə təhrikiylə geri çəkilmək, ya da kütləyə atəş açmaq məcburiyyətində qalmayasan!”(XəzərNews.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ən çox oxunanalar