Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağda baş verən hadisələrin hamısı Moskvada yazılmış ssenaridir” - Hafiz Hacıyev

Araik dünənə qədər Paşinyanın yanında idi. İndi Araik hansı gücə arxalanaraq Paşinyana müharibə elan edir?..

Müasir Müsavat Parriyasının sərdi: “Bütün bunların qarşısını almaq üçün təcili olaraq Azərbaycan Xankəndinə mer təyin etməlidir. Şəxsən məni oraya mer göndərməlidirlər”.

“İkinci bir tərəfdən də ermənilərin özləri bu oyunu qurub. Çünki Paşinyan Dağlıq Qarabağın status məsələsinin həll olunduğunu deyir, amma seperatçılar, ermənilər bunu qəbul etmir”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Araik Arutyanın Nikol Paşinyana qarşı çıxmasının pərdəarxası məqamlarını PİA.az-a şərh edəekən qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyanın dekabrın 24-də keçirdiyi online mətbuat konfransında Qarabağ danışıqları haqda dedikləri özünü Xankəndi ermənilərinin “lideri” hesab edən Araik Arutyunyanı qəzəbləndirib. Hətta o həddə qəzəbləndirib ki, Arutyunyan bəyanat yayaraq, baş nazirə qarşı çıxıb, özündən və “artsaxta hakimiyyətdə olanlardan” başqa heç kimin Qarabağda məskunlaşmış ermənilərin taleyi haqda nəinki qərar verməyə, hətta danışmağa belə haqqı olmadığnı bəyan edib.

Bəs Arutunyan niyə indi Paşinyana qarşı çıxır? Demək olarmı ki, separatçılarla Yeravan arasında olan fikir ayrılığını artıq gizlətmək mümkün deyil? Ən önəmlisi isə, bildiyimiz kimi Araik dünənə qədər Paşinyanın yanında idi. İndi Araik hansı gücə arxalanaraq Paşinyana müharibə elan edir?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Məgər, interpolun gözü kordu? Onlar görmürlər ki, Araik İrəvan Moskva yolunu su yolu edib?”.

İndiki şəritdə Araik Arutyanın Nikol Paşinyanla müharibə aparmasının oyun olduğunu düşünən partiya sədri bildirib ki, əgər Azərbaycan bayrağını Xankəndində dalğalandırsa, bütün bu oyunlara da son qoyulacaq:

“Qarabağda baş verən hadisələrin hamısı Moskvada yazılmış ssenaridir. Bildiyimiz kimi bir neçə gün öncə seperatçıların rəhbəri Araik Aratuyanı Moskvaya gətirdilər. İndi də Araik Moskvadan verilən təlimatları yerinə yetirir. Azərbaycan prezidentinin Brüssel görüşü və başqa atdığı addımlar Moskvanı narahat edir. Buna görə də Moskva bu yollara əl atır.

İkinci bir tərəfdən də ermənilərin özləri bu oyunu qurub. Çünki Paşinyan Dağlıq Qarabağın status məsələsinin həll olunduğunu deyir, amma seperatçılar, ermənilər bunu qəbul etmir. Burdan da aydın olur ki, bunun hamısı qurulmuş ssenaridir.

Bu gün Xankəndində Azərbaycanın meri olsaydı, biz asan şəkildə ona müraciət edərdik. Beləliklə də, ermənilərin bu oyununu poza bilərdik. Amma təəssüflər olsun ki, biz hələlik buna nail ola bilmirik. Məlumdur ki, Azərbaycanın hüquq mühafizə orqanları Araik Arutyanı axtarışa veriblər. Məgər, interpolun gözü kordu? Onlar görmürlər ki, Araik İrəvan Moskva yolunu su yolu edib?

Hafiz Hacıyev: “Azərbaycan prezidentinin Brüssel görüşü və başqa atdığı addımlar Moskvanı narahat edir. Buna görə də Moskva bu yollara əl atır”.

Bütün bunların qarşısını almaq üçün təcili olaraq Azərbaycan Xankəndinə mer təyin etməlidir. Şəxsən məni oraya mer göndərməlidirlər. Mən orada ermənilərlə dil tapıb, elə şərait yarada bilərəm ki, Araik Arutyanın özü oradan başını götürüb qaça bilər. Bütün dünya da görməlidir ki, Xankəndində mer var. Onlar interpolun axtarışında olan Araikə deyil, merə müraciət etməlidirlər. Biz Azərbaycan xalqının ağrısını nəzərə alıb bunu deyirik.

İndiki şəritdə Araik Arutyanın Nikol Paşinyanla müharibə aparması oyundu. Əgər Azərbaycan bayrağını Xankəndində dalğalandırsa, bütün bu oyunlara da son qoyulacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Prezident Administrasiyasının rəhbəri 34 saylı seçki məntəqəsində səs verib

Ən çox oxunanalar