Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ata Abdullayev 7 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevə hökm oxunub, o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror Ata Abdullayev son söz deyib.

O, barəsində irəli sürülən ittihamlarla razılaşmadığını deyib və bəraət hökmünün çıxarılmasını istəyib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ittihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.

Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.

Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası haqqında qərarın qəbulu müddəti başa çatıb

İsrail HHQ Livanın cənubunda "Hizbullah" qüvvələrinə hücum edib

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Ən çox oxunanalar