Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ETSN-nin işçisi məhkəməyə çıxarılacaq - Çərkəz Şirinov bəraət alaraq vəzifəsini davam etdirəcəkmi?..

Daha əvvəl KTN-də övlət vəsaitini məniməsəməkdə ittiham olunan Göygöl rayon Meşələrin İnkişafı Regional İdarəsinin direktoru məhkəməyə çıxarılacaq...

Ötən həftə Baş ProkurorluqBeyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin vəzifəli şəxsləri barəsində olan cinayət işinin məhkəməyə göndərilməsi barədə məlumat yaydı. Həmin məlumatda bildirilirdi ki, “Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin fəaliyyətində aşkar edilmiş qanunsuzluqlarla bağlı aparılan araşdırma nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı tamamlanıb.

Çərkəz Şirinov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə), 179.2.3 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və başqa maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

PİA.AZ-a daxil olan məluamat görə hazırda Göygöl rayon Meşələrin İnkişafı Regional İdarəsinin direktoru vəzifəsində işləyən Çərkəz Şirinov Baş Prokuroluq tərəfindən haqqında məhkəməyə göndərilən cinayət işini bağlamaq üçün hərəkətə keçib. Bu məsələdə Çərkəz Şirinova hamilik edən ETSN-nin Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırovun köməklik göstərdiyi qeyd olunur. Məlumatda vurğulanır ki, Çərkəz Şirinov dövlətə dəymiş ziyanı ödəməklə, məhkəmədə bəraət almaq və ETSN-dəki vəzifəsini davam etdirmək niyyətindədir.

Baş Prokuorluqda haqqında açılan cinayət işini heç cür bağlatdıra bilməyən Çərkəz Şirinov indi bütün gücü ilə məhkəmədə məsələni “həll etmək” istədiyi qeyd olunur. Ancaq cinayət qanunverciliyinə görə Çərkəz Şirinov dəymiş ziyanı ödəsə belə, məhkəmə onun haqqında real cəza tətbiq edəcək. Məhkəmə tərəfindən tətbiq ediləcək cəzanın yüngül və ağır olmasından asılı olmayaraq Çərkəz Şirinov hazırda tutduğu Göygöl rayon Meşələrin İnkişafı Regional İdarəsinin direktoru vəzifəsini də itirməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Qonşular arasında dava düşüb: 3 nəfər bıçaqlanıb

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar