Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Suriyada gizli qətliam törədən qrupu ortaya çıxıb... Əfqanıstandan 10 dəfə çox mülki şəxs öldürülüb 

Vaşinqtonun Suriyadakı rəsmi qeydlərdən belə gizlətdiyi “Talon Anvil” adlı bir qətlam qrupu ortaya çıxıb...

“Yeni Şafak” qəzeti, Türkiyə, 14 dekabr 2021-ci il

ABŞ-ın Suriyadakı rəsmi qeydlərdən belə gizlətdiyi bir qətliam birliyi ortaya çıxıb. 20 nəfərdən ibarət olduğu təxmin edilən “Talon Anvil” (Pəncəli Zindan) adlı qrup 2014-2019-cu illər arasında dronlarla saysız-hesabsız mülki vətəndaşı öldürüb. Birlikdə çalışan keçmiş zabitin sözlərinə görə, 50 nəfərin olduğu binanın bombalanması qətliamlardan sadəcə biri olub.

Sözügedən qrup hava hücumlarında “Hellfire” raketləri və lazerlə idarə olunan bombalardan istifadə edib. ABŞ ordusunun Suriyada, hətta rəsmi qeydlərdən gizlətdiyi bu görünməz qırğının detalları isə şok effekti yaradıb. “The New York Times” qəzeti adını açıqlamadığı yüksək rütbəli hərbi mənbələrə istinadən Suriyada çoxsaylı mülki qırğınlara imza atan və 20 nəfərə qədər adamdan ibarət “Talon Anvil” (Pəncəli Zindan) adlı qrupu üzə çıxarıb.

“Pəncəli Zindan” 2014-2019-cu illər arasında fəaliyyətdə olub və İŞİD-ə qarşı əməliyyatlarda saysız-hesabsız mülki vətəndaşın həyatını itirdiyi Suriyada hava hücumlarını təşkil edib. “Qanuni özünü müdafiə” pərdəsi altında həyata keçirilən hava hücumlarında “Hellfire” raketləri və lazerlə idarə olunan bombalarla yüklənmiş ABŞ istehsalı “Reaper” və “Predator” PUA-larından istifadə edilib. Yüksək rütbəli ABŞ rəsmiləri kəşfiyyat məlumatlarına baxmayaraq, qrupun qanlı hücumlarına məhəl qoymayıblar.

Bu görünməz qrup Suriyada İŞİD-ə qarşı hücumlarda 112 min bombadan istifadə edib.

PKK-dan gələn kəşfiyat

Xəbərdə ABŞ-ın əməliyyat sürətini artırmaq üçün belə bir gizli struktura əl atdığı qeyd edilib. Hücumlar üçün kəşfiyyat məlumatlarının toplanması, mülki şəxslərin və İŞİD üzvlərinin təsnif edilməsi ABŞ-ın istədiyi nəticəni əldə etməsini çətinləşdirib.

Yenə bu kabus qrupunda çalışan əsgərlərin ifadələrinə görə, ABŞ-ın bölgədə təlim keçdiyi və hərbi texnika ilə təchiz etdiyi PKK/YPG ünsürlərindən əldə edilən kəşfiyyat hesabatları dinc əhalinin kütləvi şəkildə öldürüldüyü ölümcül hücumların əsasını təşkil edirdi.

“American Predator” və “Reaper” PUA-larından atılan 112 min bomba ilə qadınlara və uşaqlara fərq qoymadan, çox sayda günahsızı öldürüblər.

Mülki əhalinin yaşadığı ərazilərə 112 min bomba atılıb

Xəbərə görə, Suriyada İŞİD-ə qarşı kabus qrupunun həyata keçirdiyi hücumlarda 112 min bombadan istifadə edilib. O dövrdə İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlarda Pentaqonun “əməliyyatlara sərt qaydalara malik yüksək səviyyəli bir komanda rəhbərlik edir”, açıqlamasının həqiqəti əks etdirmədiyini bildirilən xəbərdə hücumların təşkilatçılar tərəfindən təşkil edildiyi qeyd edilib. “Pəncəli Zindan” qrupu aşağı rütbəli 20-dən az hərbi mütəxəssisdən ibarət olub. 2016-2018-ci illər arasında qrupda çalışan hava kəşfiyyatçılarından biri: “Onlar çoxlu bərbad hücumlar həyata keçiriblər”, deyə qeyd edib.

Suriyada mülki insanların itkisi Əfqanıstandan 10 dəfə çox olub

Bölmədə çalışan keçmiş hava qüvvələri kəşfiyyatçılarının ifadələrinə görə, “Pəncəli Zindan” içərisində 50 nəfərin olduğu bir binaya hücum əmrini verib. Suriyadakı bütün hücumların görüntülərinin qeydə alındığı bildirilən xəbərdə bölmənin həyata keçirdiyi qırğınları gizlətmək üçün PUA kameralarını hücumun digər tərəfinə yönəltdiyi və dəlilləri ört-basdır etdiyi qeyd edilib.

Pentaqonun Suriya üzrə məxfi mülki itki məlumatlarını araşdıran bir məmur bildirib ki, 2018-ci ildə Əfqanıstandakı hücumlar zamanı mülki əhali arasında itkilər 10 dəfə çox olub.

Qrup sement zavodunda qərargah qurubmuş

“Pəncəli Zindan”ın İraqın Ərbil şəhərində qərargah qurduğu, daha sonra “Yaşıl Kənd” adlı yaşayış kompleksində və Suriyanın şimalında bir sement zavodunda qərargah qurduğu və hücumları bu bölgələrdən idarə etdiyi qeyd edilib.Daha əvvəl terror təşkilatlarına dəstəyi ortaya çıxan Fransanın sement nəhəngi “Lafarge”nin Suriyanın şimalında (Kobani) sement zavodu olduğu bilinir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Ən çox oxunanalar