Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyanın hesabına vəziyyətdən çıxa bildik...” - Cənub bölgəsində fermerlərin acınacaqlı durumu

Cənub bölgəsində əksər ailələrin dolanışığı sitrus meyvələrinin satışından çıxır. Amma bu yay havaların sitrus bitkiləri üçün əlverişli sayılmayan quraq və həddən artıq isti keçməsi məhsuldarlığa mənfi təsir edib. Kəndli-fermerlər deyirlər ki, quraqlıq səbəbindən feyxoanın məhsuldarlığı bu il kəskin aşağı düşüb. O cümlədən kivi yetişdirənlər narazıdır -həm məhsuldarlıq aşağı düşüb, həm məhsulun satış qiyməti sərfəli deyil. Bu sitrus meyvəsini yetişdirənlər deyirlər ki, sonuncu dəfə avqustda kivini sərfəli qiymətə sata biliblər.

Bununla belə feyxoa yetişdirənlər Rusiya bazarı hesabına qazanc götürdüklərini deyirlər. Naringinin, portağalın isə yığımı davam edir, alıcısı da var.

Kəndin 70 faizi sitrus meyvələrdən dolanır

Astaranın Siyəku kəndində əhalinin təxminən 70 faizi sitrus meyvə yetişdirməklə dolanır. Kənd sakini Osmanağa Qurbanov virtualaz.org-a açıqlamasında deyir ki, pandemiyanın pik vaxtlarında məhsul satmaqda çətinlik çəkiblər. Bu il məhsuldarlıq digər illərə nisbətən az olsa da, vəziyyətlərinə hər halda, şükür edirlər.

Fermer 6 hektar 3 sotda sitrus meyvələr yetişdirir. O.Qurbanovun sözlərinə görə, hazırda naringini 80-90 qəpikdən təklif edirlər. Halbuki maya dəyəri 75-80 qəpik olub: “Naringi sudan ibarətdir, bir az gec satılsa xarab olacaq. Ona görə də təklif edilən qiymətlə razılaşırıq”.

Fermer deyib ki, sahəyə il ərzində 16 min 300 manat sərmayə qoyub. Onun sahəsində su problemi olmadığından çox da çətinliklə üzləşməyib.

“Mənim sahəm dağətəyi ərazidədir, su problemim yoxdur. Amma elə bizim kənddə bəziləri suvarma ilə bağlı çətinliklə üzləşib, növbə prinsipi ilə həll ediblər. Ötən il naringini 65 qəpikdən satdıq, bu il 1 manatdan sata bilsəydik, yaxşı qazanc əldə edə biləcəkdik”, - Qurbanov deyib.

Astaranın Kijabə qəsəbəsi, Şüvi və Səncərədi kəndlərində də əsas qazanc yeri sitrus meyvəçilikdir. Bağlardan əsasən naringinin tezyetişən “Karli” növü yığılır.

Fermer: “Rusiya bazarı bizi vəziyyətdən çıxardı”

Astaralı digər fermer isə danışıb ki, bu il Rusiya bazarına feyxoa çıxarmalarına şərait yaradılıb. Xırda meyvəni 40-50 qəpikdən, irilərini 1 manat 80 qəpik-2 manatdan satıblar. Rusiya bazarının hesabına məhsula çəkilən xərci götürüblər, üstəlik yaxşı qazanc əldə ediblər.

Kivi satışında isə vəziyyət yaxşı olmayıb, sonuncu dəfə avqustda kivini sərfəli qiymətə-1 manat 35 qəpikdən sata biliblər.

“300 kiloqramdan artıq kivi yığmışam, bir hissəsi də ağacda qalıb, alan yoxdur. Yerli bazarda İrandan gətirilən kivilər satılır. Təsəvvür edin, kiloqramını 70 qəpikdən təklif edirik, yenə də almırlar”, - fermer deyib.

Fermer əlavə edib ki, bağlar vaxtlı-vaxtında suvarılsa da, meyvə istidən məhv olub. Buna görə də məsələn, naringini 1 manata satsalar da, onlar üçün çox da sərfəli deyil: “Bağı damcı suvarma sistemi ilə suvarırıq, ildə 2 dəfə dərmanlayırıq. Bundan əlavə, hər kiloya 15 qəpik fəhlə puludur”.

“Vəziyyətimizə şükür edirik, gündə bir neçə dəfə...”

Lənkəranın Vilyan kəndindən olan fermer İslam Məmmədov deyir ki, naringini 80 qəpikdən, portağalı 1 manat 20 qəpikdən sata bilir. Amma tək meyvəçilikdən dolanmır, maldarlıqla da məşğul olurlar.

“Əsas məsələ meyvəni vaxtında satıb qurtarmaq idi. Sentyabrda göy limonu 8-18 qəpikdən təklif edirdik, indi bir qədər bahalaşıb. Pandemiya ilə bağlı alıcılıq qabiliyyəti zəifləyib, gərək alıcıları da başa düşək. Məhsul yetişdiririk deyə neçədən gəldi satmaq düzgün deyil. Naringidən qazana bilmədiyimizi feyxoadan, ya da limondan qazana bilmədiyimizi portağaldan qazanırıq. İstənilən halda karantin günlərindən fərqli olaraq indi gündə neçə dəfə vəziyyətimizə şükür edirik”, - İ.Məmmədov deyib.

Lənkəranın İstisu qəsəbəsinin sakini, fermer Rəftarə Şükürova isə bildirib ki, 6 hektarda feyxoa, 3 hektardan artıq ərazidə kivi, bundan əlavə naringi də əkib. Alıcı olsa da, kivi ilə bağlı təklif edilən qiymət sərfəli deyil. “Dünyada kivi üçün 80 qram standart hesab edilir. Məhsulum standartlara uyğundu, amma 60 qəpikdən artıq təklif etmirlər. 60 qəpik heç maya dəyərini ödəmir. Kivi bağı hər gün suvarılır, ağacların budanması, qulluq xərcləri yüksəkdir. Ən azı 1 manatdan satmalıyıq ki, qazancımız olsun”, - fermer deyib.

Fermer əlavə edib ki, martda yağan qar feyxoa ağaclarına ciddi zərər vurub, bağı yeniləmək məcburiyyətində qalıb, nəticədə məhsuldarlıq yüksək olmayıb.

Qeyd edək ki, 2025-ci ilədək sitrus meyvələri istehsalının 100 min tona çatdırılması qarşıya əsas məqsəd kimi qoyulub. Bu ildən intensiv üsulla yetişdirilməsi nəzərdə tutulan 6 növ meyvə bitkisi arasında portağal, naringi və limon da var. Aqrar Subsidiya Şurası 2022- ci il üzrə bitkiçilik sahəsində yeni qərarlar qəbul edib. Qəbul olunan qərarlar bitki və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının, eləcə də əkin ehtiyaclarının müəyyən edilməsi ilə əlaqəlidir.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib    

AVRO-2024: Qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq

Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb

Ən çox oxunanalar