Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə XİN Moskvada keçirilən "3+3" formatının ilk iclası ilə bağlı məlumat yayıb

Dekabrın 10-da Moskvada keçirilən xarici işlər nazirlərinin müavinləri səviyyəsində "3+3" formatında regional məsləhətləşmələrin ilk iclasında Türkiyəni nazir müavini Sedat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

APA-nın yerli bürosunun Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən məlumatına görə,
Cənubi Qafqazda regional əməkdaşlıq mexanizmlərinə də həsr olunan toplantıda Rusiya ilə yanaşı, Azərbaycan, Ermənistanİranın nümayəndə heyətləri iştirak edib.

Bildirilib ki, görüşdə regional əməkdaşlığın çoxşaxəli inkişafı ilə bağlı konstruktiv fikir mübadiləsi aparılıb və iştirakçı dövlətlərin ümumi marağına səbəb olan məsləhətləşmələrin praktiki məsələlərə yönəldilməsi razılaşdırılıb.

Sülhün, sabitliyin və regionda etimadın möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar kontekstində ticarət, iqtisadiyyat, nəqliyyat, mədəniyyət və humanitar məsələlərə üstünlük verilməsi müzakirə edilib.

Beş ölkənin nümayəndələri fəaliyyətlərində çevik format qəbul etməyə razılaşıblar və gələcəkdə Gürcüstanın məsləhətləşmələrdə iştirakını arzuladıqlarını bildiriblər.

Sonda qeyd olunub ki, gələcəkdə "3+3" formatında məsləhətləşmə prosedurları xarici işlər nazirlikləri arasında aparılan məsləhətləşmələrlə yekunlaşacaq.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Polis saxta generalı dələduzluğa görə saxladı

Ən çox oxunanalar