Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Co Baydenin Qüds imtahanı - Qüdsdəki ABŞ konsulluğunun yenidən açılması Vaşinqtonda havaları isindirib...

Bu günlərdə İsrail və Bayden administrasiyası arasında aparılan danışıqlarda ən çox danışılan mövzulardan biri də Qüdsdəki Amerika konsulluğunun yenidən açılmasıdır...

Abdulla Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 23 noyabr 2021-ci il

Donald Tramp ABŞBarak Obama dövründə imzalanan İranla “Nüvə Razılaşması”ndan çıxarıb, həmçinin İrana qarşı sanksiyalar tətbiq edib. Tramp İrana qarşı rejim dəyişikliyinə gətirib çıxaracaq “maksimum təzyiq” siyasəti ilə məşğul idi. Digər tərəfdən, Tramp ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürməklə əvvəlki administrasiyaların “iki dövlətli həll” siyasətini zəiflətdi. Tramp Qüdsdəki Amerika konsulluğunu da bağlayıb. İki dövlətli həll siyasəti çərçivəsində fələstinlilər üçün Konsulluq yaradılıb. Tramp administrasiyası uzun illər İsraildə hakimiyyətdə olan Netanyahunun ilhaq siyasətini tam dəstəkləyirdi. Tramp və Netanyahu arasındakı yaxın münasibət nəticəsində İsraillə ABŞ-dakı Demokratlar arasında soyuq küləklər əsir.

Obamanın İranla “Nüvə Sazişi”ni imzalaması Netanyahu administrasiyası tərəfindən sərt reaksiya ilə qarşılanmışdı. Tramp administrasiyası isə Obamanın siyasətini tərsinə çevirdi. O qədər ki, Tramp indiyə qədər ABŞ-ın ən israilyönlü prezidenti elan edilib. Tramp və onun ardıcılları Demokratlar Partiyasını İsrail əleyhinə mövqe tutmaqda ittiham edərək, əsasən Demokratlara səs verən Amerika yəhudilərinin dəstəyini qazanmağa çalışıblar.

Demokrat namizəd Co Bayden 2020-ci ilin noyabrında keçirilən prezident seçkilərində qalib gəlib. 2021-ci ilin iyununda İsraildə Netanyahu hökuməti sona çatıb. Bayden ABŞ-ın İran Nüvə Sazişinə qayıdacağına və Qüdsdəki Amerika Konsulluğunun yenidən açılacağına söz verib. İsrailin baş naziri Naftali Bennett bu öhdəliklərin yerinə yetirilməsinə etiraz edir, lakin Bayden administrasiyası ilə açıq mübahisədən ehtiyatla qaçır. Bennett, həmçinin Obama və Tramp dövründə İsraillə Demokratlar arasında yaranan uçurumu həll etmək istəyir.

Baydenin ilk addımlarından biri ABŞ-ı Trampın ləğv etdiyi “Paris İqlim Müqaviləsi”nə geri qaytarmaq oldu. Ancaq Bayden İsrailə gəldikdə çox yavaş hərəkət edir. Bu ayın sonunda Vyanada ABŞİran arasında nüvə danışıqları bərpa olunacaq. Bayden Paris İqlim Sazişində olduğu kimi, İran “Nüvə Razılaşması”na da tezliklə qayıda bilərdi. Bunu dərhal etmək əvəzinə, Bayden administrasiyası İranın qəbul edə bilməyəcəyi şərtlər irəli sürdü.

İsrail heç bir şəkildə ABŞ-ın “Nüvə Sazişi”nə qayıtmasını istəmir və hətta Bayden administrasiyasının hərbi variantları gündəmə gətirməsi üçün çalışır. İsrail ABŞ-ın İrana maksimum təzyiq siyasətini davam etdirməsini istəyir, Bayden administrasiyası isə bu siyasəti uğursuz hesab edir. Bayden siyasətə gəldiyi 1970-ci illərin əvvəllərindən bəri qatı İsrail tərəfdarı kimi tanınır. Lakin Demokratlar Partiyasının yeni nəsil siyasətçiləri ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyini şübhə altına alırlar. Ona görə də Baydenin İsrail siyasəti “bir addım irəli-iki addım geri”dir.

Bu günlərdə İsrail və Bayden administrasiyası arasında aparılan danışıqlarda ən çox danışılan mövzulardan biri də Qüdsdəki Amerika Konsulluğunun yenidən açılmasıdır. Konsulluğun açılması Amerikanın “iki dövlətli həll”ə sadiqliyinin simvoludur. Həmçinin konsulluğun açılması bu siyasətin davamı demək olacaq. İsrail paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinə şiddətlə qarşıdır. Bu səbəbdən Bayden administrasiyası sınaq qarşısındadır.

Xatırladaq ki, İsrailin baş naziri Naftali Bennett avqust ayında Ağ Evdə Baydenlə görüşündə Konsulluğun açılacağı təqdirdə, İsrail Nazirlər Kabinetinin buraxıla biləcəyi barədə xəbərdarlıq vermişdi.

2022-ci ildə ABŞ-da aralıq seçkiləri keçiriləcək. Qüdsdəki konsulluq məsələsi daxili siyasətdə istifadə edilən bir arqumentə çevrilib. Amerika Konqresindəki Respublikaçılar Partiyasının əsas orqanı olan “Respublika Konfransının” Trampçı sədri Elise Stefanik çərşənbə günü deyib:
Prezident Bayden bu konsulluğu açmaq planlarından dərhal imtina etməli və Amerikanın Qüdsdəki bölünməz İsrail paytaxtına açıq dəstəyini təkrarlamalıdır”.

Stefanik Qüds konsulluğunun yenidən açılmasını ABŞ-İsrail münasibətləri üçün “dağıdıcı” adlandırıb. Yaxın günlərdə bu məsələ daha ciddi şəkildə müzakirə olunacaq. Baydenin konsulluq öhdəliyində səmimi olub-olmadığı da başa düşüləcək.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar