Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Haram yeməyin insana təsirləri

İslam dini insanı kamala çatdırmaq üçün nazil olmuşdur. Dinimizin nəzərinə görə, insan əgər kamala çatmaq istəyirsə, gərək ibadət əhlindən olsun. İbadət insanı mənəvi cəhətdən yüksəldər və tərəqqi etdirər. İnsan əgər İlahi qürb məqamına çatmaq istəyirsə, gərək ibadətləri xalis olsun və şərtlərinə uyğun olsun. İbadətin şərtlərindən biri də halal qidalanmaqdır.

İnsan əgər yediklərinə diqqət etməzsə və nə gəldi yeyərsə, halalı harama qarışdırarsa - bu, onun ibadətinə də təsir edər. Belə bir insanın ibadəti qəbul olunmaz. Çünki mədəsi haramla dolmuşdur. Haram tikə insan cisminə mənfi təsir etdiyi kimi, ruhuna da mənfi təsirlər qoyar.

İnsanın qəlbini qəsavətə salar, Allahı ona unutdurar. Qeyrət hissini ondan alar, həyası azalar və imanı aradan gedər.

Bu insanın Allah dərgahında məqamı olmaz. Allah bu insandan nəzərini çəkər. Ona görə də ibadətin qəbul olmasında ən mühüm şərtlərdən biri - halal qidalanmaqdır.

Həzrət Peyğəmbər (s) buyurur: "Haram yeyən insanın ibadəti elə bir binaya bənzəyir ki, düz qumların üzərində tikilmişdir". Belə tikilinin ömrü az olar və bir külək əsən kimi dağılar. (Tebyan)

Ayətullahul-üzma Xameneyi cənabları buyurur: "O zaman ki, haram tikə insanların arasında yayılar, günah da yayılar. Bu zaman insanlar maddi fəsada, əxlaqi fəsada, cinsi fəsada, şəhvət fəsadına və müxtəlif fəsadlar meydanına daxil olarlar". (Milli.Az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Ən çox oxunanalar