Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikalini, Formula 1-in məsləhətçisi Flavio Briatoreni və britaniyalı supermodel Naomi Kempbelli qəbul edib...

Poliqon xəbər verir ki, Formula 1-in növbəti dəfə ölkəmizdə keçirilməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bu yarışların Azərbaycanın dünyada daha çox tanıdılması baxımından ildən-ilə böyük rol oynadığını qeyd etdi.

Dövlətimizin başçısı Formula 1-in Azərbaycanda keçirilməsinə göstərdiyi dəstəyə görə Stefano Domenikaliyə və Flavio Briatoreyə minnətdarlığını bildirdi.

Söhbət zamanı gələcək planlar barədə fikir mübadiləsi aparıldı. Formula 1-in Azərbaycanda avtomobil idmanının inkişafı sahəsinə verdiyi töhfələr də vurğulandı. Həmçinin ölkəmizdə kartinqin inkişafı məsələlərinə toxunuldu.

Görüşdə COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyəti qeyd edildi, ekologiya sahəsində davamlılıq məsələsində də Formula 1-in daha fəal olmasının önəmi vurğulandı.

Dövlətimizin başçısı qonaqları COP29 tədbirində iştiraka dəvət etdi.

Bakının inkişafının onda dərin təəssürat hissi yaratdığını deyən Naomi Kempbell paytaxtda şahidi olduğu müasir infrastrukturu, o cümlədən məşhur memar Zaha Hadidin layihəsi olan Heydər Əliyev Mərkəzini məmnunluqla qeyd etdi.

Britaniyalı supermodel ölkəmizdə modanın inkişafına töhfə və azərbaycanlı dizaynerlərin fəaliyyətinə dəstək verməyə hazır olduğunu bildirdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də “Formula 1”in prezidenti və baş icraçı direktoru Stefano Domenikalini, “Formula 1”in məsləhətçisi Flavio Briatoreni və britaniyalı supermodel Naomi Kempbelli qəbul edib.

Poliqon xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti bildirib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir

Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib

Ən çox oxunanalar