Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yenidən dizayn olunan Türk Dövlətləri Təşkilatının iqtisadi potensialı hansı səviyyədədir?

TDT ölkələrinin qarşılıqlı ticarət dövriyyələrinin artırılması üçün hazırkı platformalar yetərli sayıla bilərmi?...

İqtisadçı-ekspert: “İlk növbədə türk dövlətləri iqtisadi münasibətlərin daha da genişləndirilməsini hədəf kimi qoymalıdırlar. Çünki iqtisadi münasibətləri dərinləşməsi sonradan həmin iqtisadi təməlin üzərində daha çox birliklərin, siyasi-hərbi birliklərin yaradılmasının mümkün olması deməkdir”.

“Ümumilikdə götürəndə türkdilli dövlətlərin ümumi vətəndaşların sayı təqribən 150 milyona yaxındır. Bu kifayət qədər böyük bir rəqəmdir. Bu rəqəm türkdilli dövlətlərin böyük bazarının formalaşmasına imkan yaradan əsas amillərdən biridir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli yenidən dizayn olunan Türk Dövlətləri Təşkilatının iqtisadi potensialını və hazırda mövcud olan iqtisadi münasibətlərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi oyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirildi. İstanbul Demokratiya və Azadlıqlar Adasında təşkil edilən Türk Şurasının VIII Zirvə Görüşündən sonra təşkil edilən mətbuat konfransında R.T.Ərdoğan çıxış edərək bildirdi ki: “Türk Şurası adı artıq Türk Dövlətləri Təşkilatıdır. Yeni addım və mövqeyimiz olan Türk Dövlətləri Təşkilatıyla bundan sonra daha sürətli, xüsusilə israrla kök salacaq, böyüyəcək, inkişaf edəcək və səpələnəcəyik. Mədəniyyətin beşiği olan Türküstan coğrafiyası yenidən bütün bəşəriyyətin cazibə və işıqlanma mərkəzi olacaq”.

Yenidən dizayn olunan Türk Dövlətləri Təşkilatının iqtisadi potensialı və hazırda mövcud olan iqtisadi münasibətləri hansı səviyyədədir? İndiki səviyyə ciddi bir iqtisadi və siyasi blok formalaşdırmaq üçün yetərli hesab oluna bilərmi? O cümlədən, TDT ölkələrinin qarşılıqlı ticarət dövriyyələrinin artırılması üçün hazırkı platformalar yetərli sayıla bilərmi?

Türk Dövlətləri Təşkilatının gələcək inkişaf potensialını PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Türkdilli dövlətlərin bəziləri həm də KTMT-də təmsil olunurlar. Buna görə də gələcəkdə mütləq problemlər olacaq”.

Türkdilli Dövlətlər Təşkilatına üzv olan bəzi ölkələrin sənayə potensialının, bəzi ölkələrin isə xammal bazasının güclü olduğunu diqqətə çatdıran ekspert PİA.az-a bildirib ki, nəticə etibarilə də həm istehsalı gücləndirmək, həm enerji daşıyıcılarından daha effektiv şəkildə istifadə olunması üçün yeni infrastrukturların qurulması, yeni əlaqələrin qurulması kifayət qədər ciddi məsələdir:

“Təbii ki, ilk növbədə türk dövlətləri iqtisadi münasibətlərin daha da genişləndirilməsini hədəf kimi qoymalıdırlar. Çünki iqtisadi münasibətləri dərinləşməsi sonradan həmin iqtisadi təməlin üzərində daha çox birliklərin, siyasi-hərbi birliklərin yaradılmasının mümkün olması deməkdir. Yəni əsas baza iqtisadiyyatının yaradılmasıdır. Bunun üçün də potensial var.

Ümumilikdə götürəndə türkdilli dövlətlərin ümumi vətəndaşların sayı təqribən 150 milyona yaxındır. Bu kifayət qədər böyük bir rəqəmdir. Bu rəqəm türkdilli dövlətlərin böyük bazarının formalaşmasına imkan yaradan əsas amillərdən biridir. Bəzi ölkələrin sənayə potensialı var, bəzi ölkələrin isə xammal bazası güclüdür. Nəticə etibarilə də həm istehsalı gücləndirmək, həm enerji daşıyıcılarından daha effektiv şəkildə istifadə olunması üçün yeni infrastrukturların qurulması, yeni əlaqələrin qurulması kifayət qədər ciddi məsələdir.

Natiq Cəfərli: “Təməl olaraq iqtisadi münasibətlərin genişləndirilməsi, bəlkə də gələcəkdə ümumi gömrük və vergi qaydalarının yaradılması, tranzit yükdaşımalarda qarşılıqlı rüsumlardan imtina edilməsi tipli iqtisadiyyatı canlandıra biləcək addımlar atılmalıdır”.

Mənim iqtisadi məsələlərin önəmli olduğunu vurğulamaqda məqsədim var. Qeyd edim ki, digər formatlarda genişlənməyin qarşısında ciddi sədlər, maneələr olacaq. Məsələn türkdilli dövlətlərin bəziləri həm də KTMT-də təmsil olunurlar. Buna görə də gələcəkdə mütləq problemlər olacaq.

Bir daha qeyd edim ki, təməl olaraq iqtisadi münasibətlərin genişləndirilməsi, bəlkə də gələcəkdə ümumi gömrük və vergi qaydalarının yaradılması, tranzit yükdaşımalarda qarşılıqlı rüsumlardan imtina edilməsi tipli iqtisadiyyatı canlandıra biləcək addımlar atılmalıdır. Bu addımlar atılmalıdır ki, bir neçə ildən sonra daha koordinasiya olunmuş qurumların yaradılması üçün də bir imkan formalaşsın”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ən çox oxunanalar