Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BSU-nun sabiq şöbə müdiri: "Xarici vətəndaşın 6 800 min manatını Nurlana Əliyevaya verdim"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

PİA.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində İradə Quliyeva ifadə verib.

O bildirib ki, Türkmənistanda doğulub, Rusiya vətəndaşıdır.

İ.Quliyevanın sözlərinə görə, BSU-da əlavə təhsil almaq üçün təqsirləndirilən şəxsə 6 800 manat pul ödəyib: "Həmin vaxt İkinci Qarabağ müharibəsi gedirdi. Dürdanə Əliyeva mənə dedi ki, təhsil haqqını ödəmə terminalı vasitəsi ilə onun hesabına ödəyim. Pulu ödəyəndə hesab nömrəsində Dürdanə Əliyevanın adı yazılmışdı. O bildirdi ki, ölkədə müharibə şəraiti olduğu üçün insanlara kömək edirik. Universitetə gəlmədən pulu rahat şəkildə ödədim. Sonradan mənə universitetdən zəng etdilər ki, ödədiyim pul kassaya köçməyib, və ora borc var".

Şahid ifadəsinə münasibət D.Əliyeva həmin məbləğin onun hesabına ödənildiyini təsdiqləyib.

D.Əliyeva bildirib ki, İ.Qulievadan aldığı pulu həmin vaxt BSU-nun rektor vəzifəsində çalışmış Nurlana Əliyevaya verib.

Məhkəmədə ifadə verən digər şahid də universitetdə təhsil almaq üçün D.Əliyevaya 1 000 manat pul verdiyini deyib: "BSU-da əlavə təhsil üçün ora 2 300 manat ödəməli idim. Sonradan danışıb, universitetə 1 000 manat verdim. Dürdanə Əliyeva mənə dedi ki, bankla ödəyəndə sonradan problem olur. Həmin pulu ödədim, lakin tələbə bileti vermədilər. Sonra pandemiya ilə bağlı tədris də dayandı. Yanvar ayında bildim ki, mənim universitetə borcum var".

O, məhkəmədən dəymiş ziyanın ödənilməsini xahiş edib.

Proses noyabrın 22-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.

D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar