Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxda 8 Noyabr - Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Qazaxda 8 Noyabr - Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun başladığı sonradan "Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatı 44 gün davam etdi. 44 gün sonra Vətən müharibəsi təxminən otuzillik işğala son qoydu və ərazi bütövlüyümüz bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Vətən müharibəsində qazandığımız və bu gün qürurla səsləndirdiyimiz həmin tarixi Qələbə ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 8 noyabrda - Zəfər Günü kimi qeyd edildi.

8 Noyabr - Zəfər Günü münasibətilə ölkəmizin bir çox bölgələrində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunub.

Tədbirlərə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarətlə start verilib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Sonra şanlı Zəfərə həsr olunmuş yürüş və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksinin qarşısında təntənəli bayram tədbiri təşkil edilib.

Tədbir başa çatdıqdan sonra şanlı Zəfərimizə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim, professor İlham Pirməmmədov, “Şərq" qəzetinin təsisçisi və baş redaktoru, "Tərəqqi" medalı laureatı, "Əməkdar Jurnalist” Akif Aşırlı, "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, Mediaxeberleri.Az İnformasiya portalının təsisçisi və baş redaktoru Ələddin Kəsəmənli, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri ağacəkmə aksiyasında iştirak ediblər.

Şəhid ailələrinin və qazilərin də iştirak etdiyi aksiyada Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Qazax rayonunun Ağköynək və Birinci Şıxlı kəndləri ərazisindən keçən hissələrində ümumilikdə 2400 ədəd (şam, çinar, göyrüş, sərv, ərik olmaqla) ağac əkilib. Əkilən ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ən çox oxunanalar