Cümə axşamı, 06 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıt Şəhidlər xiyabanında məzarların üzərindəki plakatları kim və niyə götürüb? - Rəsmi, Video

Sumqayıt Şəhidlər xiyabanında şəhidlərin məzarına qoyulan gül çələngləri və plakatlar götürülüb və kənara yerləşdirilib.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Bəzi şəbəkə istifadəçiləri bunu şəhidlərin xatirəsinə hörmətsizlik kimi qiymətləndirib. Bəziləri isə təmir-bərpa işləri ilə əlaqələndirsə də, sonradan onların şəhidlərin məzarının ətrafına qaytarılmalı olduğunu qeyd edib.

Bəs görəsən şəhidlərin məzarı üzərinə gətirilən gül çələngləri və yaxınları tərəfindən hazırlanan plakatlar sonra öz yerlərinə niyə qaytarılmayıb? Buna səbəb nədir?

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, Şəhidlər xiyabanında aparılan təmir-bərpa işləri ilə əlaqədar plakatlar şəhid ailələrinin razılığı əsasında götürülüb:

“Şəhidlərimiz üçün yaxınları tərəfindən hazırlanan plakatlar şəhid valideynlərinin razılığı alındıqdan sonra götürülüb. Buna səbəb Şəhidlər xiyabanında əsaslı təmir işlərinin aparılmasıdır. Yenidənqurma işləri çərçivəsində daş döşəmələr, hasarlar dəyişdirilib, zəruri yerlərdə ot örtüyü salınıb. Bunun şəhidlərə hörmətsizlik kimi şərh edilməsi doğru deyil”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Toğrul Musayev, ədliyyə sistemində etdiklərinizə görə Allah Sizə layiq olduğunuzu versin"

Paşinyan Qalstanyan aksiyalarından yararlanaraq sülh sazişindən qaça bilər?

AZAL-ın biletləri qonşulardan niyə bahadır? – Yeni prezident Samir Rzayevin paralel dünyası…

Xəzərin suyu çəkildi - Sumqayıt tərəfdən elə şeylər aşkarlandı ki ... - Video

COP29 Könüllülük Proqramına qeydiyyat başa çatıb - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu təlim zamanı həlak olub

Rus deputat: Niderlanda nüvə zərbəsi endirək, Avropa diz çökəcək

Şəhid qardaşı: Onun həyat yoldaşı ilə üç övladının da tapılacağına ümidliyik

Ağdamda altı yaşayış binasının tikintisinə başlanılır

Ən çox oxunanalar