Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Miqrant axınını dayandıracağam” - “Fransalı Tramp” Makronun yerini tuta biləcək?..

Miqrantları deportasiya etmək, ərəblərə Avropa adları vermək, islamı qadağan etmək və kişilərə “qadınların  ombasına şillə vurmaq” hüququnu qaytarmaq - yazıçı və jurnalist Erik Zemmurun siyasi proqramı budur. Həvəslənmiş pərəstişkarları onu “Fransalı Tramp” adlandırır və prezidentliyə namizəd olmağa çağırırlar. Amma o tələsmir və hələlik Marin Le Peni seçki yarışında sıxışdırmağa başlayıb. Qismət olsa, növbəti yüksəklik Yelisey sarayıdır.

PİA.az “RİA Novosti”nin Fransa prezidenti postuna namizədlərin seçki marafonuyla bağlı dərc etdiyi materialı oxucularına təqdim edir.

Barbar fransız

“Fransa Avropanın xəstə adamıdır. Fransa qorxudur və qorxur. Tanrı haqqında olan fikir qədər gülünc vəziyyətə düşüb. Fransızlar öz ölkəsini tanıya bilmirlər. Azadlıq çöküb, bərabərlik və qardaşlıq hamının bir-birinə qarşı müharibəsinə çevrilib”. Bu sətirlər bestsellerə çevrilmiş “Fransız intiharı” kitabındandır. Əsərin müəllifi, qalmaqallı jurnalist və publisist Erik Zemmur Beşinci respublikanın rəhbəri ola bilər.

Səsverməyə hələ altı ay var, lakin namizədlərin irəli sürülməsi tam sürətlə gedir. Zemmur prezidentlik ambisiyalarını ortaya qoyur, lakin onlar haqqında birbaşa danışmır. Bu yaxınlarda o, ilk seçki debatında iştirak etdi və dərhal bəyan etdi: qaçqınlar və İslam Fransanı parçalayır.

“Mən miqrant axınını dayandıracağam. İslam din deyil, siyasətdir. Müsəlmanları iman yox, sosial nizam maraqlandırır. Cəmiyyətin “halallaşması” burada Mülki Məcəllə ilə rəqabət aparır”, - deyə Zemmur bildirib. İş o yerə çatıb ki, şərq adlarının qadağan edilməsini tələb edib. Hətta bir internet saytı da var ki, avtomatik olaraq xarici adın fransız analoqunu seçir.

Feministlər də paylarını aldılar. Zemmur onları “kişilərin flört etmək hüququnu oğurlamaqda” ittiham edib. “Əvvəllər ictimai nəqliyyatda sürücü şəhvətlə fransız qadının dolu ombasına şillə vura bilərdi. Heç kim onu ​​buna görə məhkəməyə verməzdi”, - deyə yazıçı həyəcanını gizlətmir.

Debatın aparıcısı xatırladıb ki, bir neçə qadın Zemmuru sataşmaq və təqib etməkdə ittiham edib. Yazıçı ittihamları uydurma adlandırıb. “Bu cazibədar xanımların məni zorlamaq üçün nə vaxt çağıracaqlarıını səbirsizliklə gözləyirəm”, - deyə atmacasından qalmayıb.

Ən qalmaqallısı isə odu ki, nasistlərlə əməkdaşlıq edən fransız əməkdaşlarına haqq qazandırır. Yazıçının sözlərinə görə, bu, yəhudiləri həbs düşərgələrindən xilas edib. Müzakirədən bir-iki gün sonra həmin studiyaya tarixçilər gəlib arxiv sənədlərini göstərdilər. Onlardan belə nəticə çıxdı ki, fransız marşalı Anri Peten minlərlə bədbəxt insanı nasistlərə satıb.

Zemmura əlcəzairli yəhudi ailəsindən olduğunu xatırladarkən jurnalist etiraz edib: “Mən barbar əsilli fransızam”.

Televiziya şoumeni

Qeyri-adi publisist “Fransalı Tramp” ləqəbini alıb. Özü isə belə müqayisəni bəyənmir - axı o milyarder deyil, amma “ağ Fransa”nı qorumaq üçün böyük siyasətə atılmağa hazırlaşır.

Uzun illər Zemmur “Le Figaro” qəzetində esselər yazırdı. O, bütün məqalələrində “fransız sivilizasiyası”nın sonunu proqnozlaşdıraraq, Yaxın Şərq və Afrika ölkələrindən insanların Parisə girişinə qadağa qoyulmasını tələb edirdi. Heç kim onu ​​ciddiyə almırdı və çoxlarının gülüş obyektinə çevrilirdi.

Zemmura məşhurluğu “CNews”-da yayımlanan müəllifi olduğu televiziya şousu gətirdi. O, ultrasağ siyasətçiləri, nazir səlahiyyətlərini icra edənləri dəvət edir, asiyalıları ölkədən qovmaq və İslamı qadağan etmək üçün təbliğat aparırdı. O, daha çox “Milli Cəbhə”nin lideri Marin Le Penə ultrasağ ideyalara xəyanət etdiyinə görə hücum edirdi. Zemmurun sözlərinə görə, Le Pen əsas axının lehinə “Fransanın saflığı” uğrunda mübarizədən imtina edib.

Tok-şou çox məşhur idi. Buraxılışların birində publisist Krımın Rusiyaya birləşdirilməsini dəstəkləyib. “Putin II Yekaterina kimi yarımadaya da sahib çıxdı, mülkü qaytardı. Rusiya bizim vicdanımızdır. Amerikaya yox deyən yeganə Avropa ölkəsidir”, - deyə o efirdən bəyan etmişdi.

Zemmur Donbasdakı müharibəyə də toxunub. “Ukrayna ölüb, amma bu haqda danışmaq qadağandır. Fransa, Almaniya və Rusiya tabutun ətrafına toplaşıblar - guya onu beşiklə səhv salırlar. Bədən hələ də tərpənir, lakin bu çox çəkməyəcək”, - deyə o bildirib.

Zemmur tez-tez Şimali Atlantika alyansını tənqid edir və fransızları təşkilatdan çıxmağa təşviq edir: “NATO 1990-cı ildə dağılmalı idi, nə SSRİ, nə də Varşava bloku yox idi. Təşkilat ABŞ-ın maraqlarına xidmət edən maşına çevrildi”.

Efirdəki açıq çıxışları yazıçı ilə amansız bir zarafat oynadı. Fransa hökuməti onun verilişini jurnalist yox, siyasi tok-şou adlandırdı. Bundan əlavə, Parisdə “Zemmuru - prezidentliyə” posterləri də peyda olub. Tənzimləyicilər onun rəqiblərinə eyni miqdarda efir vaxtının verilməsini tələb ediblər. Ancaq rəqiblər hələ də xarizma baxımından aşağıdırlar.

“Fəth olunmamış Fransa”nın lideri Jan-Lük Melanşon televiziya debatında

İntriqanı vaxtından əvvəl pozan namizəd

Seçicilərin 17 faizi Zemmura səs verməyə hazırdır. Emmanuel Makronu istəyənlər bundan 2,5 dəfə çoxdur. Amma hazırkı prezidentlə rəqabət aparmaq hələ ki çətin olsa da, publisist Marin Le Peni qabaqlaya bilər: ultrasağçı liderin reytinqi aşağı düşür və 15 faizi keçmir. Ola bilsin ki, Zemmurun hətta ikinci mərhələyə vəsiqə qazanmaq şansı var.

Le Penin qərargahında yeni rəqib spoyler (intriqanı vaxtından əvvəl pozan – red.) hesab olunur. Onlar əmindirlər ki, onun arxasında sağçıları parçalamaqda maraqlı olan qüvvələr dayanır. Elektoratı “Milli Cəbhə”dən uzaqlaşdırmaq indiki hakimiyyətə əl verəcək. Qərargah sağçı və solçular arasında çəkişmələrdən məyus olan seçicilərin Makrona səs verəcəyini təxmin edir.

“İkinci turda Makron və Le Pen jurnalistlər üçün darıxdırıcıdır. Çünki bu namizədlər artıq məlumdur. Zemmur isə yenilikdir. Marağa zəmanət verilir. Amma rəy sorğuları seçkiyə gəlməyənlərin faizini ölçmür”, - deyə Le Pen bildirib.

“Milli Cəbhə”nin yaradıcısı və Marinin atası Jan-Mari Le Pen İntriqanı artırıb. O, nümayişkaranə şəkildə Zemmurun tərəfinə keçib və qızını ultrasağçıların prinsiplərindən yayındığına görə tənqid edib. Ancaq ata-bala uzun illərdir ki, əlaqə saxlamır. 2011-ci ildə Marin həddindən artıq radikal fikirlərinə görə atasını partiyanı idarə etməkdən uzaqlaşdırdı. Atası homofobiya, antisemitizm, ksenofobiyanı dəstəkləyir, miqrantlara və feministlərə qarşı çıxırdı. Bu gün bu ideyalar Zemmurun əsas silahıdır.

Publisistin solçulardan rəqibi “Fəth olunmamış Fransa”nın lideri Jan-Lük Melanşon olacaq. O, artıq iki prezident seçkisində iştirak edib, lakin ikinci tura heç vaxt keçə bilməyib. Melanşon populizmə görə qınanır, buna baxmayaraq, ona alternativ yoxdur.

Marin Le Pen kimi, Melanşon da respublikanı ümumi Avropa evini tərk etməyə çağırır. Brexitdən əvvəl bu rezonans doğururdu, amma indi hər şey dəyişib. İngilislərin Brüsseldən ayrıldıqdan sonra yaşadıqları ərzaq və benzin təchizatı ilə bağlı problemlər fransızları qorxudub. Çox az adam qonşularından nümunə götürməyə hazırdır.

“Milli Cəbhə” partiyasının lideri, prezidentliyə namizəd Marin Le Pen Fransada prezident seçkilərinin ikinci turu zamanı səsvermədən sonra axşam tədbirində

Makron hələ də mərkəzçi hesab olunur. Və prezident çox tənqid olunsa da, onun gündəliyi vətəndaşlara daha az radikal görünür. Bu günlərdə o, “Fransa-2030”un modernləşdirilməsi planını, əslində ikinci dövr üçün seçkiqabağı proqramı təqdim etdi. Yeni beşillik plan ölkənin innovasiya və rəqəmsallaşmasına həsr olunub.

“Siyasətdəki populistlər fransızların ehtirasıdır. Onlar səmimi şəkildə valeh edirlər və ikinci tura keçirlər. Sonra jurnalistlər və ictimai fəallar həyəcan təbilini çalır və Beşinci respublikanı çərənçi və yalançılardan xilas etməyə səsləyirlər. Əvvəlcə Jan Le Pen, sonra isə qızı Mari Le Penlə də belə olmuşdu. Zemmurla da eyni vəziyyət təkrarlanır. İndi cazibə mərhələsidir, ikinci turdan sonra çaxnaşma başlayacaq”, - deyə fransız politoloq Jan Viardo bildirir.

O, Zemmurun populyarlığının sürətlə artmasını jurnalistin on ildən artıqdır ki, televiziyada parlaması ilə izah edir: “İşi ona tamaşaçıların əhval-ruhiyyəsini tutmağa və efirdə ağrılı nöqtələrə toxunmağa kömək edir. Və qanunsuz miqrantlar, islamçılıq hər zaman ictimaiyyətin diqqət mərkəzindədir. Onun reytinqləri budur və getdikcə də artır”.

Politoloqun sözlərinə görə, Makron ikinci müddətə yenidən seçiləcək, lakin kampaniya sürprizlərlə dolu ola bilər. Rusiya Elmlər Akademiyasının Beynəlxalq İqtisadiyyat və Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi Pavel Timofeyev onunla razılaşır ki, Makron hər şeyə rəğmən, favorit olaraq qalır.

“Onun prezidentliyi bir sıra beynəlxalq böhranlarla üst-üstə düşdü. Bu həm pandemiyadır, həm də Tramp dövründə NATO daxilində fikir ayrılıqlarıdır. Amma o, pis bacarmır. Ölkədə koronavirus məhdudiyyətləri götürülür, peyvəndlənmənin tempi yüksəkdir. Makronun xidməti ondan ibarətdir ki, Merkellə bərabər karantindən sonra Avropa İttıfaqı iqtisadiyyatını xilas etmək üçün bir plan hazırladı”, - deyə Timofeyev izah edir.

“Fransa lideri Avropada Moskva ilə dialoqun tərəfdarı olan azsaylı şəxslərdən biridir. Aİ-nin sanksiyaları və anti-Rusiya ritorikasının sərtləşməsi fonunda Makronun çağırışları çox qiymətlidir”, - deyə ekspert vurğulayır. (moderator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib    

AVRO-2024: Qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq

Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb

Ən çox oxunanalar