Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Nərimanov rayonunda qeydə alınıb. “Gənclik” metrostansiyasının qarşısında yolu keçən 2003-cü il təvəllüdlü Səmədova Jalə Polad qızını avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.(report)
pia.az