Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sahibkarlar biznes mühitinin sıxıntılarla müşayət olunduğu yerli məkanda fəaliyyət göstərmək istəmirlər” - Sabiq nazir

Vergi Məcəlləsinə ediləcək dəyişiklik nəticəsində vergi orqanının qərarından şikayət edən sahibkarların daha ətraflı şəkildə yoxlanılmasına imkan yaradacaq...

Sabiq maliyyə naziri: “Sahibkarın şikayətinin əsaslı və ya əsassız olduğunu araşdırmaq məqsədilə vergi orqanlarına müəssisənin istənilən dövr fəaliyyətini yoxlamaq səlahiyyətini verməkdə əsas məqsəd, müəsisənin ötən dövrlərdəki fəaliyyətində hər hansı bir nöqsanı tapıb, onu “əl yeri” kimi istifadə edərək, sahibkara şikayətini geri götürmək üçün təziqlər göstərməkdən başqa heç nə deyil”.

“Bu təşəbbüsü irəli sürən yetkililər anlamalıdırlar ki, biznesə bu şəkildə təziqlər onun inkişafına deyil, zəifləməsinə aparan yoldur”.

Bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov Vergi Məcəlləsinə ediləcək dəyişikliyi PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda olduqcq tez-tez dəyişən vergi qanunvericiliyinə daha bir maraqlı dəyişiklik ediləcək. Vergi Məcəlləsinə ediləcək həmin dəyişiklik vergi orqanının qərarından şikayət edən sahibkarların daha ətraflı şəkildə yoxlanılmasına imkan yaradacaq. Nəticədə məcəlləyə əlavə ediləcək yeni maddəyə əsasən, Vergi Xidməti vergi yoxlamasının nəticələrindən şikayət edən ödəyəcinin fəaliyyətinin istənilən hesabat dövrünü yoxlamaq hüququ əldə edəcək. Yəni, vergi orqanının cari dövrlə bağlı yoxlamasının nəticəsindən şikayət edən sahibkarın əlavə olaraq, ötən dövrlərdəki hesabatları, fəaliyyəti yoxlana bilər.

Əksər sahibkarlar üçün heç də sevindirici xəbər olmayan bu yenilik 2022-ci ilin büdcə zərfi çərçivəsində Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə il əvvəl ölkə prezidenti İlham Əliyev biznes mühitinin inkişafı üçün sahibkarlarıq subyektlərində lüzumsuz yoxlamaları qadağan etmişdi.

Vergilər Xidmətinə bu salahiyyətlərin verilməsi biznes mühitinə necə təsir edəcək? Bu maddə vergi məmurların biznes üzərində mütləq hakimiyyətinə və şəffaflığın öldürülməsinə gətirib çıxa bilməzmi?

Mövzunu PİA.az-ın əməkdaşı sabiq maliyyə naziri Fikrət Yusifovla müzakirə edib.

Fikrət Yusifov: “Əgər doğrudan da bu məqsədlə belə bir dəyişiklik ediləcəksə, bu bizim irəliyə deyil, geriyə getdiyimizin təzahürü olacaq”.

İş adamlarının əksəriyyətinin barəsində danışdığımız səbəb üzündən Azərbaycandan kənarda fəaliyyət göstərməyə üstünlük verdiyini nəzərə çatdıran sabiq nazir PİA.az-a bildirib ki, ölkədən kapital axınının başlıca səbəbi də budur:

“Vergi orqanının qərarından şikayət edən sahibkar heç şübhəsiz özünün haqlı olduğuna əmindir. Sahibkarların vergi orqanının qərarından şikayəti bir qayda olaraq qərar qəbul edən tərəfin “xoşuna gəlmir”. Əslində isə bütün ölçülərlə, sahibkarın şikayəti normal qarşılanmalıdır. Sahibkar nə istəyir? O özünü haqlı sayır və bunu sübut etmək istəyir. Sivil cəmiyyətlər üçün tam normal bir haldır.

Sahibkarın şikayətinin əsaslı və ya əsassız olduğunu araşdırmaq məqsədilə vergi orqanlarına müəssisənin istənilən dövr fəaliyyətini yoxlamaq səlahiyyətini verməkdə əsas məqsəd, müəsisənin ötən dövrlərdəki fəaliyyətində hər hansı bir nöqsanı tapıb, onu “əl yeri” kimi istifadə edərək, sahibkara şikayətini geri götürmək üçün təziqlər göstərməkdən başqa heç nə deyil. Əgər doğrudan da bu məqsədlə belə bir dəyişiklik ediləcəksə, bu bizim irəliyə deyil, geriyə getdiyimizin təzahürü olacaq.

Fikrət Yusifov: “Bu addımların atılmasına məsul olan rəhbər vəzifə yetkililəri belə addımların hansı neqati nəticələrə gətirib çıxara biləcəyini anlamalıdırlar”.

Bu təşəbbüsü irəli sürən yetkililər anlamalıdırlar ki, biznesə bu şəkildə təziqlər onun inkişafına deyil, zəifləməsinə aparan yoldur. Ölkə başçısı biznesə bütün səviyyələrdən olan müdaxilələrin qarşısının alınması istiqamətində ciddi addımlar atdığı bir dönəmdə, biznesi sıxışdırıb küncə sıxacaq belə təşəbbüslərin izahı yoxdur. Bu addımların atılmasına məsul olan rəhbər vəzifə yetkililəri belə addımların hansı neqati nəticələrə gətirib çıxara biləcəyini anlamalıdırlar. Anlamalıdılar ki, cari ilin 9 ayı ərzində 2020-ci ilin eyni dövrü ilə müqaisədə ölkədən kapital axını 40%-ə qədər artıb. Bu axının kökündə dayanan əsas səbəb də odur ki, sahibkarlar biznes mühitinin belə sıxıntılarla müşayət olunduğu yerli məkanda fəaliyyət göstərmək istəmirlər. Və elə bu səbəbdən də öz kapitalını müxtəlif yollarla biznes mühitin daha münbit olduğu başqa ölkələrə axıdırlar.

İş adamları arasında şəxsən apardığım sorğular göstərir ki, onların əksəriyyəti barəsində danışdığımız səbəb üzündən Azərbaycandan kənarda fəaliyyət göstərməyə üstünlük verirlər. Ölkədən kapital axınının başlıca səbəbi də budur. İstənilən qərarı vermək asandır, ancaq öncə onun hansı nəticələrə gətirəcəyini düşünmək lazımdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası haqqında qərarın qəbulu müddəti başa çatıb

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

İsrail HHQ Livanın cənubunda "Hizbullah" qüvvələrinə hücum edib

Ən çox oxunanalar