Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağın işğaldan azad edilməsi Ermənistan-İran narkotik ortaqlığına zərbə vurub

İranın Azərbaycanla problemi Əliyevin Ermənistanla İran arasında narkotik ticarətini deşifrə etməsidir...

Bülent Orakoğlu
“Yeni Şafak” qəzeti Türkiyə, 3 noyabr 2021-ci il

Azərbaycan prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin Zirvə toplantısındakı çıxışında 30 ilə yaxındır ki, Ermənistanın işğalı altında olan Qarabağın Ermənistan-İran narkotik ticarətində illərdir istifadə edildiyini bəyan edib.

Qarabağın işğaldan azad edilməsi ilə Ermənistan-İran narkotik ortaqlığına da ciddi zərbə vuruldu. Azərbaycanın nəzarətinə keçdikdən sonra Qarabağda xeyli miqdarda narkotik vasitə ələ keçirilib. Cəbrayılda narkotik emal edən fabrik və Zəngilana tunelləri olan bir ötürmə xətti tapılıb. İşğal zamanı xəttin erməni əsgərləri tərəfindən qorunduğu məlum olub.

Keçmişdə Qarabağın narkotik ticarəti mərkəzi kimi istifadə edildiyi, lakin Qarabağ işğal altında olduğu üçün bu barədə heç bir tədbir görülə bilmədiyi də müzakirə olunurdu. İşğal bitdikdən sonra bu narkotik xətti üzə çıxdı. Qarabağda təhlükəsizliyi təmin edən Azərbaycan əsgərləri yoxlamalar zamanı xeyli miqdarda narkotik maddə ələ keçiriblər. İran sərhədindəki Biləsuvar Gömrük Məntəqəsində İrandan Litvaya qoruyucu qatqı və kimyəvi maddələr daşıyan yük maşınında 520 kq maye heroinin ələ keçirildiyi əməliyyatda Cəbrayıl bölgəsindəki narkotik paylama fabriki ilə Cəbrayıl-Zəngilan arasında tunellərin yaratdığı ötürmə xətti deşifrə edilib.

Regional mənbələrdən əldə edilən məlumata görə, Ermənistanın uzun illərdir ki, Qarabağ torpaqlarında sistemli şəkildə dövlət himayəsində olan narkotik vasitələrin istehsalı ilə məşğul olduğu bildirilir. Narkotiklərin becərilməsi, toplanması, emalı və paylanması üçün istifadə edilən rayon narkotiklərin tranzit mərkəzinə çevrilib. Ermənistanın işğalı zamanı nəzarətsiz vəziyyətdə olan 132 km-lik İran sərhəd xəttində hərəkət etmək asan idi. Bildirilir ki, sözügedən xətt üzrə 3 keçid məntəqəsi narkotik qaçaqmalçılığında intensiv istifadə olunub. İşğaldan təmizlənmiş torpaqlarda yenə sistemli narkotik ticarətinin tapıntıları aşkar edilib. Cəbrayıl rayonunda İranErmənistanla ortaq fəaliyyət göstərdiyi müəyyən edilən narkotik paylayıcı fabrik aşkarlanıb. Narkotikin buradan CəbrayılZəngilan rayonlarında açılan tunellər vasitəsilə İrana, oradan isə Avropaya aparıldığı bildirilir. İşğal zamanı bu xəttin erməni zabit və əsgərlərinin xüsusi mühafizəsi altında fəaliyyət göstərdiyi öyrənilib. Erməni və İran hökmdarlarının 1994-cü ildən bəri yarıbayarı ortaq olması da bəzi iddialardan biridir.

Dördüncü marşurt

Dünyada Qafqazı əhatə edən 3 narkotik xətti məlumdur. Bu xətlər Əfqanıstan-Pakistan-İran-Azərbaycan xətti, Əfqanıstan-İran-Azərbaycan xətti və Əfqanıstan-Mərkəzi Asiya-Azərbaycan xətti. Azərbaycan mənbələri Əliyevin açıqlamalarından sonra bu tranzit şəbəkələrinə dördüncü marşrut kimi Əfqanıstan-İran-Qarabağ xəttinin əlavə edildiyini bildirir.

Avropaya 30 il boyunca narkotik daşıyıblar

Əliyev açıqlamasında: “Ermənistan 30 il ərzində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal olunmuş ərazisindən (Qarabağ) narkotik vasitələrin Avropaya daşınması üçün istifadə edib”, deyə bildirib. Onun iddiası fonunda Qafqazda İranla Azərbaycan arasında yaranan gərginliyin arxasında Azərbaycanın Qarabağı azad etməsindən narahat olan İran yük maşınları dayanır.

Qafqazda İran gərginliyi

Azərbaycanın Qarabağı azad etməsindən narahat olan İran son 2 aydır ki, bu bölgədəki ermənilərə yük maşınları ilə material və yanacaq göndərir. Bakının notasına baxmayaraq, Azərbaycanın xəbəri olmadan Laçın dəhlizindən istifadə edilən yükdaşıma dayandırılmayıb. İran, Azərbaycan, Türkiyə və Pakistanın “3 Qardaş” təlimindən sonra Azərbaycan sərhədində hədə-qorxu gəlmək üçün təlimlər keçirib. Sərhəddə hərbi birləşmələr də var.

Qarabağ müharibəsində Ermənistanı silahla təmin edən İran bu mövqeyini qoruyur. İran yük maşınları və yanacaq tankerləri iyul-avqust aylarında Azərbaycanın xəbəri olmadan Qarabağa daxil olaraq Laçın dəhlizi ilə Xankəndinə ermənilərə yardım aparıblar. Keçid üçün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi bölgələrdən istifadə edilib.

70 yük maşını Laçından Xankəndinə girib

İyulun 11-dən avqustun 8-dək daşınması məlum olmayan İran yük maşınları Laçın dəhlizi ilə 70 dəfə Xankəndinə daxil olub. Azərbaycan hakimiyyəti İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvini Xarici İşlər Nazirliyinə çağıraraq nota verib, lakin heç bir nəticə əldə edə bilməyib. Daşınma avqustun 11-dən sentyabrın 10-dək davam edib. Bu tarixlər arasında 58 yük maşını Xankəndiyə girib-çıxıb. Bu yük maşınlarından bəziləri tanınmamaq üçün erməni nömrələrindən istifadə ediblər. Laçın dəhlizində vəziyyətə nəzarətə cavabdeh olan Rusiya qüvvələri yenə də pozuntulara məhəl qoymayıb.

Düşünürəm ki, İranın Azərbaycanla problemi Əliyevin Ermənistanla İran arasında narkotik ticarətini deşifrə etməsidir. Ermənistanın dövlət himayəsi altında narkotik ticarəti həyata keçirdiyi məlumdur. Bəs İran necə?

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub - Video

Latviya 2028-ci ildən qadınlar üçün məcburi hərbi xidmət tətbiq edə bilər

Sabahdan ali məktəblərə qəbul olunanların qeydiyyatına start veriləcək    

Durovun həbsi Fransaya baha başa gəldi: 17 milyard dollarlıq müqavilə donduruldu

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay