Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dostluq Cəmiyyətinin təsisçiləri Prezident İlham Əliyevi təbrik ediblər

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyəti və təsisçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Təbrikdə deyilir:

Böyük fəxarət hissi ilə 8 Noyabr – Zəfər Günü münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırmaqdan çox məmnunuq.

Bu qələbə doğma Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini özünə qaytarmışdır. Əminik ki, ölkənin inkişafında, çiçəklənməsində və regionun bərpa edilməsində onun böyük töhfələri olacaqdır.

Misir-Azərbaycan Dostluq Cəmiyyəti Misir və Azərbaycan xalqları arasında müxtəlif sahələrdəki əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi üçün maksimum səylər göstərir.

Zati-aliləri, Sizin müdrik və qətiyyətli rəhbərliyiniz ilə qardaş Azərbaycan Respublikasının daim müstəqillik və əmin-amanlıq şəraitində yaşamasını arzu edirik.

Ən səmimi arzularımızı və salamlarımızı qəbul edin.

Hörmətlə,

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyəti və təsisçiləri:

Prof. Dr. Əli Cümə - Misir Ərəb Respublikası Parlamentinin Dini İşlər və Vəqflər Komitəsinin sədri,

Prof. Dr. Usamə əl-Əbd - Komitə sədrinin müavini,

Əl-Seyyid Mahmud əl-Şərif - Ərəb və İslam Dünyasında Seyyidlər Həmkarlar İttifaqının sədri, Misir Parlamenti sədrinin sabiq birinci müavini,

Dr. İmam Bağdadi - Misir Ərəb Respublikası Ali Təhsil Nazirliyinin baş direktoru,

Müşavir Tövhid Məhəmməd - vəkil,

Səfir Yusif əl-Şərqavi – Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı keçmiş səfiri,

Prof. Adil Dərviş - Misirin Helvan Universitetinin professoru,

Dr. Usamə Əbdürrəhman - Universitetin professoru,

Dr. Mona Zidan - Universitetin professoru,

General Midhət Camal - Misir əl-Xeyir Fondunda “İbn əs-Səbil” layihəsinin rəhbəri,

Əhməd Əbdu Tarabek - Orta Asiya və Qafqaz məsələləri üzrə tədqiqatçı və jurnalist,

Mustafa Hicazi - “Orange” şirkətinin baş direktoru, mühəndis,

Dr. Seymur Nəsirov - Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Misirdəki Azərbaycan diasporunun sədri".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar