Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda daha bir pedofil olayı: Uşaq "Bu ustanın başı xarabdır” dedi...

Azərbaycanda usta işlədiyi evlərdən birində 14 yaşına çatmayan uşağa qarşı seksual xarakterli hərəkətlər edib. Hadisə Bakının Xəzər rayonunda baş verib. Belə ki, evlərin birində elektrik və santexnik işlərini görən 1976-cı il təvəllüdlü Saşa (şərti addır-red.) qonşusu Bəybalanın (şərti) evində işləyərkən sonuncunun azyaşlı övladına qarşı əxlaqsız hərəkətlərə yol verib. Ev sahibi bazara ləvazimat almağa gedərkən, onun evində qalan iki övladı həyətdə oynayırmış.

Fürsətdən istifadə edən usta bu zaman uşaqlardan birini evə çağırır. O, yeddi yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edir. Belə usta bunu bir neçə dəfə təkrarlayır. Bəybala evə qayıtdıqdan sonra isə Saşa həmin uşağın onu çox istədiyini bildirir və öz evinə aparmasını təklif edir. Lakin Bəybala razı olmur. Uşaq bir neçə gün sonra ustanın başının xarab olduğunu ailə üzvlərinə bildirir. Ailə üzvlərini təəccübləndirən bu sözlərin səbəbini uşaqdan soruşduqda isə, o, baş verənləri danışır.

Saşa haqqında polisə şikayət edilir və onun haqqında cinayət işi açılır. Saşa ibtidai istintaqa verdiyi ifadədə özünü təqsirli bilməsə də, sonradan bunu etiraf edir. Saşa məhkəmədən bir azyaşlı övladının olmasını əsas gətirərək onun haqqında yüngül cəza kəsilməsini xahiş edib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 14 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməklə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Ən çox oxunanalar