Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya, Şimali Koreya, İran - hakerlər üçün “Cənnət”

“Admin” ən çox sevilən və ən tez qırılan şifrədir...

Qlobal miqyasda son 1 ildə dövlətin dəstəklədiyi haker hücumlarının 58%-nin arxasında Rusiya dayanır. Hakerlərin ən çox himayə edildiyi digər ölkələr Şimali Koreya (23%), İran (11%) və Çindir (8%).

Marja xəbər verir ki, bu barədə Microsoft-un “Rəqəmsal Müdafiə Hesabatı”nın (Digital Defense Report) son buraxılışında qeyd olunub.

2020-ci ilin iyunundan cari ilin iyuluna qədərki haker hücumlarını qiymətləndirən hesabat ən çox hücuma məruz qalan ölkələrin ABŞ (46%), Ukrayna (19%) və Böyük Britaniya (9%) olduğunu bildirir. Haker hücumlarının əsas hədəfləri isə dövlət qurumları (48%), QHT-lər və “beyin mərkəzləri” (31%), təhsil (3%) və İT (2%) sektorudur.

Kiberhücumların motivlərinə gəldikdə, Rusiyanın başlıca hədəfi dövlət qurumlarının plan və strategiyaları barədə kəşfiyyat məlumatları toplamaqdırsa, Çinli hakerlər əsasən yeni texnoloji və əqli mülkiyyət məhsullarını oğurlamaqda maraqlıdır. 

Neçəyə satırlar?

Microsoft haker hücumlarının xidmət haqqına dair də məlumatları dərc edib. Belə ki, hər hansı şəxsin işə qəbul olunması üçün işəgötürənin korparativ sisteminə uğurlu hücum 250 dollara təklif olunur. İrihəcmli məlumatların ələ keçirilməsi üçün bir hücum başına 66 dollar qabaqcadan, yaxud ələ keçirilən vəsaitin 30%-i istənilir. Bir kompüterə “sızma” 10 sentdən 90 sentə, mobil telefonun şifrəsini qırma 82 sentdən 3 dollara qədər dəyişir. Oğurlanmış istifadəçi adı və şifrələrin hər 1000 ədədi isə 1 dollara satılır.  

Hesabatda digər maraqlı məlumat haker hücumları zamanı tətbiq olunan şifrə kombinasiyalarıdır. Hücumların 96%-də hesablları qırmaq üçün istifadə olunan şifrə 10 simvoldan, 92%-i 8 simvoldan az, 72%-i isə cəmi 6 simvoldan ibarət olub. Son 45 gündə hakerlərin ən çox istifadə etdiyi və uğurlu olduğu şifrə “admin” sözüdür (20 milyon dəfə). Şifrə üçün digər çox işlənən sözlər “root”, “nc11”, “user” və “enable” sözləridir. Bu, hesabları qorumaq üçün şifrə seçiminin nə qədər vacib olduğunu göstərir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Ən çox oxunanalar