Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid Musa Həsənovun 1 yaşlı qızı öldü

Vətən Müharibəsi şəhidi Musa Həsənovun kiçik qızı İnci vəfat edib.

PİA.az xəbər verir ki, bu barədə lent.az-a şəhidin anası Nəhayət Həsənova məlumat verib. O bildirib ki, İnci 1 yaş 3 aylıq olanda dünyasını dəyişib:

“Doğulanda problemli olmuşdu. Başında körpücük sümüyü birləşməmişdi, ancaq müalicəsi tədricən gedirdi. Sonra iki oğlum şəhid oldu, 2 ay onları axtardım. Bununla da İncinin müalicəsi dayandı. Sonra türkiyədəki həkimə sənədləri göndərdim. Dedi ki, artıq gecdir. Həm də onun gözü görmürdü və başqa problemləri də var idi. Həkimlər deyirdi ki, yaşasa da 2 yaşadək yaşayacaq. İki oğlumdan sonra nəvəmi də itirdim”.

N.Həsənova qeyd edib ki, iki oğlu eyni gündə – sentyabrın 21-də cəbhəyə yollanıblar:

“İncinin atası Musa sentyabrın 29-u şəhid olmuşdu. Amma noyabrın 5-i onu gətirdilər. Böyük oğlum Tural isə ötən ilin bu günü şəhid olmuşdu. Dekabrın 9-da da onu gətirdilər. İkisi də neytralda qalmışdı. İki oğul Turalın, iki qız Musanın idi. İnci öləndən sonra Musanın bir qızı qaldı. İndi bizim təsəllimiz onlardır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

Ən çox oxunanalar