Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

CNN: Tramp son günlərində Çinə atom bombası atacaqmış… – Generaldan iddia

Donald Trampın prezidentliyinin son günlərində Birləşmiş Qərargah Rəislərinin Başçısı General Mark Milli prezidentə Çinə qarşı hərbi zərbə və ya nüvə silahı istifadə etmə potensialına imkan verməmək üçün təkbaşına gizli hərəkətlər edib.

Qaynarinfo xəbər verir ki, bu haqda CNN yazıb. Bildirilir ki, bu epizod jurnalist Bob Vudvord və Robert Kostanın “Təhdid” kitabında təsvir edilib. Vudvord 1972-ci ildə həmkarı Carl Bernstein ilə birlikdə “Washington Post” qəzetində işləyərkən Votergeyt skandalından xəbər tutan və yazan ilk şəxs olaraq tanınır.
Vudvord və Kosta yeni kitabında Millinin Trampın seçki məğlubiyyətindən sonra davranışından “çox şoka düşdüyünü” yazıblar. Kitabda deyilir ki, general “əminmiş ki, Tramp ciddi ruhi tənəzzülə uğramış, az qala dəli olmuşdu, məmurlara bağırırdı və sonsuz seçki saxtakarlıqları haqqında öz alternativ reallığını qurmuşdu”. Müəlliflər yazır ki, Milli Trampın nəzarətdən çıxacağından çox narahat imiş.

General 8 yanvar 2021-ci ildə Pentaqondakı ofisində gizli görüş keçirib. Hərbi Komandanlıq Mərkəzindən məsul olan yüksək rütbəli məmurlarla danışan Milli onun icazəsi olmadan heç kimin hansısa əmrini yerinə yetirməməyi əmr edib.

“Sizə nə deyir-desinlər, söyləsələr belə, siz bu prosedura əməl edəcəksiniz. Bütün qaydalara əsasən. Mən prosedurun bir hissəsiyəm”, – Milli zabitlərə deyib. Sonra otaqda gəzərək hər bir məmurun gözünə baxıb və başa düşdüklərini sözlə təsdiqləmələrini istəyib. “Anladınmı?” – general orada olanların hər birindən soruşub. “Bəli, ser”, – deyə məmurlar cavab veriblər. Müəlliflər “Millinin buna and içdirdiyini” yazır.


General Milliyə Trampın əsas rəqiblərindən olan Nümayəndələr Palatasının spikeri Nensi Pelosi zəng edib və generaldan nüvə silahlarının nəzarət altında olduğuna dair zəmanət alıb. Kitabda Pelosinin Tramp haqqında dediklərindən sitat gətirilir: “Sən onun dəli olduğunu bilirsən. Uzun müddətdir ki, ağlını itirib”. Milli cavab verib: “Xanım spiker, dediklərinizlə razıyam”.

“The New York Times” eyni kitaba istinad edərək yazır ki, Milli çinli həmkarı Li Çzoçenə iki dəfə – 2020-ci ilin oktyabrı və 2021-ci ilin yanvarında – Trampın Çinə hücum etmək planının olmadığına əmin etmək üçün zəng edib. Milli zənglərində çinli həmkarını ABŞ-ın hücum etməyəcəyinə inandırmağa çalışıb və söz verib ki, hücum olarsa, çinli həmkarlarını əvvəlcədən xəbərdar edəcək.

Donald Tramp kitabda yazılanlara reaksiya verib. O, “The Hill”ə bildirib ki, kitabı zəif və təsirsiz bir generalla faktı yox, uydurma yazdıqları üçün müsahibə verməkdən imtina etdiyim iki müəllif hazırlayıb”. Tramp Çinə hücum etməyi heç vaxt düşünmədiyini deyib və əlavə edib ki, Pekin də bunu bilir. Ancaq general həqiqətən də dediyi kimi edibsə, bunun adı “milli xəyanət”dir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Ən çox oxunanalar