Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Buza dönmüş" "QAYNAR XƏTLƏR" – Əksər dövlət qurumları vətəndaşların zənglərinə cavab vermir...

Dövlət qurumları, eləcə də vətəndaş cəmiyyəti institutları vətəndaşlarla daha operativ əlaqə qurmaq üçün “qaynar xətlər” yaradır. Bu rabitə vasitəsindən hər iki tərəf faydalanır: vətəndaş problemlərini, üzləşdiyi çətinliyi müvafiq qurumlara çatdırır, habelə müxtəlif xidmətlər, rüsumlar və s. barədə rahat informasiya əldə edir.

Müvafiq qurumlar isə öz fəaliyyətini ictimai maraqlar və tələblər üzərində formalaşdırmaq imkanı əldə edir. İnsanlarla birbaşa ünsiyyət müxtəlif sahələrdə dövlət siyasətinin icra vəziyyətini qiymətləndirməyə, problemləri aradan qaldırmağa şərait yaradır.

"Qaynar xətt" inkişaf etmiş ölkələrdə uğurlu ünsiyyət vasitəsi hesab olunur və Azərbaycan da bu təcrübəyə istinad edir. Bəs, dövlət qurumları bu imkandan necə faydalanırlar, vətəndaşlar bu rabitədən razıdırlarmı?

Qeyd edək ki, bəzi qurumların “qaynar xətləri” 7 gün 24 saat xidmət göstərsə də, bir çoxlarında bu xidmət günün birinci yarısı və yaxud yalnız həftəiçi günlərdə işlək vəziyyətdə olur. Paytaxt sakinləri arasında keçirdiyimiz sorğu zamanı məlum oldu ki, bir çox vətəndaşların ümumiyyətlə, “qaynar xətlər”dən xəbəri yoxdur

Şəhər sakini Ramiz Ələkbərov bildirdi ki, 101, 102, 103 və 104 xidmətlərindən xəbərdardır və mütəmadı olaraq onlardan istifadə edir. Müraciət etdiyimiz digər sakinlərin də əksəriyyəti bu nömrələri təkrarladılar. Onlardan birinin cavabı maraqlı oldu: “Bəzən, elə olur ki, təcili hansısa quruma zəng etməli oluruq, ancaq nömrəsini tapa bilmirik, bu zaman qonşulardan öyrənməyə çalışırıq”.

Vətəndaşlar bildirirlər ki, dövlət tərəfindən avtobuslarda, insanların sıx olduğu ictimai yerlərdə “qaynar xətlər”lə bağlı elanlar yerləşdirilməlidir. İnkişaf etmiş ölkələrdə bu operativ əlaqə vasitələri daha çox televiziya reklamları vasitəsi ilə insanlara çatdırılır. Azərbaycanda isə belə reklamlara nadir hallarda rast gəlmək olar.

Bəzi əlaqə vasitələrinin təbliği vətəndaşların təhlükəsizliyi, sağlamlığı, hüquqlarının qorunması üçün çox vacibdir. Məsələn, 10 ilə yaxındır ki, uşaqlar üçün 116111 nömrəli "Qaynar xətt" fəaliyyət göstərir. 2020-ci ildə bu resursa 6657 müraciət daxil olub, zənglərin 20 faizi azyaşlılar tərəfindən edilib.

Zorakılığa, təzyiqə məruz qalan uşaqların dərhal məlumat verməsi üçün bu əlaqə vasitələrinin geniş təbliğ olunmasına ehtiyac var. Həmçinin, "Uşaq Qaynar xətti"-nin 050 680 22 80, 051 580 22 80, 051 880 11 80, 051 880 22 80 mobil nömrələri də aktivdir. Bu nömrələrə daxil olan məlumatlar məxfi saxlanılır.

Statistikaya əsasən Azərbaycanda ən çox müraciət olunan "Qaynar xətt" Daxili İşlər Nazirliyinin 102 xidmətidir. İkinci sırada Təcili Yardım Xidmətinin 103 və 9103 nömrələri, sonra Fövqəladə Hallar Nazirliyinin 112 xidmətidir. Səhiyyə Nazirliyinin xətti istisna olmaqla digər iki xidmət vətəndaşların müraciətlərinə operativ reaksiya verir. Qeyd edək ki, pandemiya dövründə TƏBİB və Səhiyyə Nazirliyinin Təcili Yardım Xidməti əlçatmaz dövlət qurumlarının sırasında dayanıb, bu barədə sosial şəbəkələrdə və mediada çoxsaylı narazılıqlar ifadə olunur.

Şikayətlərin haqlı olub-olmadığını yoxlamaq üçün Səhiyyə Nazirliyinin 103, TƏBİB-in isə 1542 nömrələri ilə əlaqə saxlamağa çalışdıq. Gün ərzində bir neçə dəfə zəng etməyimizə baxmayaraq yalnız gecə, 30 dəqiqə xətdə gözlədikdən sonra 103-dən zəngimizə cavab verən tapıldı. TƏBİB-dən isə ümumiyyətlə cavab verən olmadı.

“Qaynar xətlər”lə bağlı bəzi digər qurumların operativliyini də yoxladıq. Vergilər Nazirliyi, Fövqalədə Hallar Nazirliyi, "Azərişıq" ASC, "Azəriqaz" QSC, "Aztelekom", Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texonogiyalar Nazirliyi zəngimizə cavab versə də, Səhiyyə Nazirliyi, TƏBİB, Bakı Şəhər İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi , Dövlət Sosial Müdafiə Fondundan telefonun dəstəyini qaldıran olmadı. Əksər qurumlarda hazırda vəziyyət bundan ibarətdir.

Əlbəttə, insanların bu qədər nömrəni yadda saxlaması asan deyil. Bununla bağlı xarici təcrübələrə nəzər salsaq görərik ki, bəzi ölkələrdə bir neçə nömrə eyni xəttə birləşdirilir və həmin nömrəyə zəng edildikdə avtomatik istədiyniz quruma yönləndirilir. Bu üsulun gələcəkdə tətbiqi vətəndaşların işini asanlaşdıra bilər. Həmçinin, “qaynar xətlər”i qurumların özü yaratması və ona nəzarət etməsi də problemlər yaradır.

Bu xətlərə dövlət nəzarətinin olması vacibdir. Vətəndaşlar problemlərini bildirmək üçün "Qaynar xətt"-ə zəng edir. Bəs “qaynar xətlər”dəki problemlərdən hara şikayət etsin? (AzPolitika.info)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar