Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda kirayə haqqının artmasına səbəb olan xəbərlər...

Pandemiya səbəbindən ilyarımlıq fasilədən sonra ənənəvi tədrisin bərpası nəzərdə tutulur. Təhsil Nazirliyi bu günlərdə ənənəvi tədrislə bağlı şərtlər və qaydaları açıqlayacaq. Lakin virusun payızda özünü necə aparacağı heç kimə bəlli deyil, yoluxma və ölüm göstəriciləri ənənəvi təhsillə bağlı qərarı dəyişdirə bilər. Bununla belə, əyani tədrisin bərpa ediləcəyi xəbərləri kirayə mənzil bazarında canlandırma yarada bilib. Elan saytlarında xüsusilə metro stansiyalarının yaxınlığında 250-350 manat arası olan mənzil tapmaq yayın əvvəlləri ilə müqayisədə çətinləşib.

İndi çoxları 200-300 manatlıq ev axtarır...

Bakıda mənzil alqı-satqısı ilə məşğul olanlar virtualaz.org-a bildiriblər ki, bu həftənin əvvəlindən kirayə mənzillərə təlabat artıb, qiymətlər az da olsa yüksəlib. Hazırda daha çox kirayə haqqı 200-300 manat arası olan evlər axtarırlar. Köhnə yaşayış məhəllələrinin, həyət evlərin sökülməsindən sonra universitetlərə yaxın ərazilərdə ucuz ev tapmaq çətinləşib. 

Ev dəllallarından biri Şakir İsmayılov bildirib ki, 250-300 manata olan evlərin əksəriyyəti Binəqədi, Xırdalan, yaxud şəhərətrafı qəsəbələrdə yerləşir. Tələbə isə vaxtının çoxunu yollarda keçirmək istəmir və  şəhərətrafı evlərdə qalmağa həvəsli deyillər. 

"Maraqlı vəziyyət yaranıb..."

“Əvvəlki illərdə iki-üç, hətta dörd tələbə birləşərək ev tuturdular. İndi isə maraqlı vəziyyət yaranıb, xüsusilə yeni tikililərdə təmirli evlərin sahibləri evlərini yalnız bir nəfərə kirayəyə verməyə razılaşırlar. Uzun-uzadı danışıqlar aparmağa məcbur qalırıq. Bəzən də zamin axtarırlar”,-İsmayılov belə deyir. 

Onun sözlərinə görə, kirayə mənzil bazarında yeni tikilmiş binalarda kirayə haqqı  500 manatdan yuxarı evlər “Sahil” “28 May”, “Nərimanov”, “Elmlər Akademiyası”, “Nizami”, “Xətai” metro stansiyalarının yaxınlığında yerləşir. “Həzi Aslanov”, “Əhmədli”, “Neftçilər” istiqamətində isə ən yaxşı halda 350-400 manata kirayə mənzillər tapmaq mümkündür. Son vaxtlar Yasamal, Bakıxanov, 8-ci kilometr və mikrorayonlarda da yeni binalarda evlərin qiyməti 400 manata qalxıb.

Ev dəllalı nə deyir...

Ev dəllalı Elsevər Səmədov isə deyib ki, hazırda NZS, Keşlə, Montin və Bayıl qəsəbələrində 300-350 manata köhnə tikili və həyət evi tapmaq mümkündür. “Beşmərtəbə” yaxınlığında 1 sotda tikilmiş iki otaqlı evlər də var, qiyməti 250 manatdan başlayır: “Səbail, Nəsimi, Nərimanov, Xətai rayonlarında həm yeni, həm də köhnə binalarda kirayə mənzillər bahalaşıb. Pandemiya dövründə 400 manata təklif edilən evləri indi 500 manatdan aşağı vermirlər. Halbuki bəlkə də il ərzində evin qapısı bağlı qalıb”. 

Metronun “Yasamal” stansiyasının yaxınlığında yerləşən ev-alqı ofisindən isə bildiriblər ki,  daha çox 1 və 2 otaqlı evlərə təlabat var: “Təkcə tələbələr deyil, payızda iş üçün Bakıya gələnlər də var. Hamı çalışır ki, qiymət maksimum 300 manat olsun. Yasamalda bu qiymətə köhnə tikili və həyət evləri tapmaq olar, amma bəzən təmirlə bağlı problemlərlə qarşılaşırıq”.

Bahalı evlərə müştəri tapmaq çətin olmur

Ofisdən onu da deyiblər ki, qiymət artımına təəccüblənmək lazım deyil. Bakının mərkəzində aylıq kirayə haqqı 1500-3000 manata olan evlər də var. Hansı ki, o evlərə müştəri tapmaqda çox da çətinlik çəkmirlər. 

20 Yanvar” metro stansiyasının yaxınlığında 1 otaqlı mənzilin qiyməti 300-350 manatdan başlayır. Otaqda  çarpayı, dolab, soyuducu verilir. Köhnə tikililərdə 2 otaqlı mənzillər təxminən  350-400 manat, yeni tikililərdə 2 otaqlı mənzil  400-450 manatadır. Metronun “Qara Qarayev”, “Neftçilər”, “Əhmədli istiqamətində yeni tikililərdə 1 otaqlı - 400-650 manat, köhnə tikili 300-400 manatadır. Qiymətlər evin təmiri, isitmə sistemi, əşyalarına müvafiq dəyişir. 

Mənzil alqı-satqısı və kirayəsi ilə məşğul olan Rəşad Heybətov isə deyir ki, keçən ilin bu vaxtında aya 2-3 mənzil satanda, yaxud kirayə verəndə vəziyyətlərinə şükür ediblər. İndi gün ərzində ən azı 3-4 nəfər kirayə ev üçün müraciət edir, zəng vurub qiymətlərlə maraqlanırlar. Pandemiyadan əvvəl də hər il təhsil mövsümündə az da olsa, bahalaşma olub. 

“Sovetski"nin sökülməsi və bahalaşma

“Sovetski”də evlərin sökülməsi də qiymətlərə təsir edib. “Əvvəllər ucuz ev tapmaq üçün “Sovetski”yə üz tutan tələbələr indi qiymətlərlə bağlı çıxılmaz vəziyyətə düşüb Bakıətrafı kənd və qəsəbələrdəki evlərə razı olurlar. Bayılda, Nərimanovda, “Nizami” metrosunun yaxınlığında nə qədər evlər söküldü”,-dəllal əlavə edib. 

"MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov isə virtualaz.org-a bildirib ki, dərslərin başlaması kirayə mənzil bazarında aktivliyi artırır. Bununla belə, ciddi qiymət artımı gözlənilmir. 

“Pandemiya səbəbindən karantin elan olunduğu ərəfədə kirayə mənzil bazarında evlərə təlabat azalmışdı. Hazırda metro stansiyalarının yaxınlığında, kütləvi yaşayış məntəqələrində kirayə evlərə təlabat var”,-ekspert deyib. 

Onun sözlərinə görə, ötən ilin avqust ayı ilə müqayisədə kirayə evlərin qiymətində 8,46 faiz artım var. 1 kvadratın qiyməti təxminən 8 manat 33 qəpikdir. Orta hesabla 2-3 otaqlı evlərin qiyməti təxminən 400 manatdır.

Bir sözlə, Bakıya oxumağa gələnlər və qalmağa evləri olmayanlar üçün kirayə ev tapmaq və onun pulunu hər ay ödəmək ənənəvi ağır problem olaraq qalır. (virtualaz.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Ən çox oxunanalar