Cümə axşamı, 13 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahil Babayevin anti-sosial siyasəti: “Qəbirdə pensiya alanlar”ın sayı həyatdakıları üstələyir...

ƏƏSMN anti-sosial siyasətini davam etdirir, nazir prezidentdən mükafat gözləyir…

Qubad İbadoğlu
İqtisadçı alim

İşsizlik artıqca ÜSY alanlar azalır

Dövlət Statistika Komitəsi məlumat verib ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN) anti-sosial siyasəti nəticəsində 2021-ci ilin 6 ayında Ünvanlı Sosial Yardım (ÜSY) alanların sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 min nəfər (halbuki pandemiya dövründə işini itirənlərin sayına görə bu proqram bu ildə də genişləndirilməliydi), həmin tarixə keçən illin eyni eyni dövrünə nisbətən pensiya alanların sayında 43,3 min nəfər, son 3 il 6 ayda pensiya alanların sayında isə 104,3 min nəfər azalma qeydə alınıb. Beləliklə də 2021-ci il iyulun 1-i vəziyyətinə 1 milyon 214,1 min pensiyaçı Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.

Müqayisə üçün qeyd edim ki, 2018-ci ilin əvvəlində, ölkədə pensiyaçıların sayı 1 milyon 318,4 min nəfər olub.

Qeyd edim ki, Azərbaycandan əhalisi az olan Belarusda hazırda pensiya alanların sayı 2 milyon 532 min nəfərdir. MDB Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə hər 1000 nəfərə düşən pensiyaçıların sayı Azərbaycanda 127 nəfər, Qazaxıstanda 157 nəfər, Ermənistanda 158 nəfər, Ukraynada 258, Moldovada 262 nəfər, Belarusda 267 nəfər, Rusiyada 297 nəfər düşür.

Azərbaycanda son illər pensiya alanların sayının azalmasına mütənasib olaraq, 130 manat yaşa görə aylıq sosial müavinət (qocalıq müavinəti) alanların sayında artım müşahidə olunur. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, bu ilin iyulun 1-ə yaşa görə aylıq sosial müavinət alanların sayı 109,2 min nəfər (halbuki bu proqram başlayanda onların sayı 16 min nəfər idi) olub ki, onların 12,9 faizini kişilər, 87,1 faizini isə qadınlar təşkil edib. Deməli, pensiya hüququ təmin olmayanların böyük əksəriyyəti qadınlardır, çox güman ki, evdar qadınlardır. Belə olan halda da onları ahıl yaşında gözləyən acınacaqlı durumu indidən təsəvvür etmək çətin deyildir.

Əhalinin sayının artmasına baxmayaraq, pensiyaçıların ümumi sayındakı sürətli azalmanın digər səbəbi pensiya yaşının qaldırılmasıdır.

2017-ci il iyulun 1-dək Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırdı. Həmin vaxtdan bəri yaş həddi ildə 6 ay artırılır. Hazırda kişilər 65, qadınlar 62 il 6 aydan sonra pensiyaya çıxır. 2027-ci il iyulun 1-dən qadınların da pensiya yaşı 65 olacaq.

Hazırda ölkədə minimum pensiya 200 manat, orta aylıq pensiya 361 manatdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qarabağ ermənilərinin idarə olunmasında problemlərlə üzləşib?

Sosioloq: Bunlar nə hökumətin, nə də parlamentin heç vecinə də deyil...

Svetoforun qırmızı işığında keçən sürücülərin cəriməsi artırılır

Bakıdan yola salınan növbəti köç karvanı Şuşaya çatıb - Yenilənib

Deputat: "Müharibə veteranlarının təqaüdünü artırmaq üçün böyük vəsait lazım deyil"

Xalq artisti efirdə aparıcını pərt etdi - Video

Qalstanyanın küçə terroru Ermənistan hakimiyyətinin zəifliyidir, yoxsa Paşinyan başqa məqsəd güdür?..

AQTA dondurmalarla bağlı monitorinq keçirib, 10 məhsulda bakteriya aşkarlanıb - Siyahı

Kanalizasiya, su təchizatı və qeyri leqal borular

Məşhur portuqaliyalı Azərbaycan millisinin baş məşqçisi oldu

Paşinyan rəsmən açıqladı: "Ermənistan KTMT-dən çıxacaq"

Sürücülük vəsiqəsi olmadan maşın sürənlər 200 manat cərimələnəcək

Ən çox oxunanalar