Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfqanıstanın keçmiş Rabitə naziri Almaniyada poçtalyon işləyir

2020 -ci ilin sonuna qədər Əfqanıstanın Rabitə naziri işləmiş Səid Səadəti, Qani hakimiyyətinin «Taliban»a verdiyi ilk qurbanlarından saymaq olar.

Ovqat.com-un məlumatına görə, 2020 -ci ilin sonlarında Qani hökuməti «Taliban»a qarşı mübarizə tədbirlərini genişləndirmək üçün bəzi «kadr islahat»larına getməyə başlamışdı. Məqsəd həm narazı xalq kütlələrini «Əşrəf Qani islahatlara start verdi» qənaətinə gətirmək üçün bəzi gözdən pərdə asan addımlar atmaq, həm də qənaət edilən büdcə vəsaitini «Taliban»la döyüşən əsgərlərə maaş kimi vermək idi. Nədən ki, ABŞ Əfqanıstandan çıxmağa qərar vermiş və Əfqan ordusunu maliyyələşdirməyi dayandırmışdı. 

Əşrəf Qani də bürokratik aparatı daraltmış, bəzi nazirlikləri ümumiyyətlə ləğv etmiş, bəzi strukturları bir-birinə birləşdirmiş, minlərlə məmuru işdən çıxartmışdı. Səid Səadətin bəxtinə isə rəhbərlik etdiyi nazirliyin ümumiyyətlə ləğv olunması düşmüşdü.

Rabitə Nazirliyinin ləğvı xəbərini  eşidəndə əvvəl qulağına inanmayan sabiq nazir bir müddət qərara dirənsə də sonunda Prezident fərmanı ilə razılaşmalı olur və perspektivi xoş görünməyən ölkəni tərk etmək qərarına gəlir. Əfqanıstanda ələ gələn bütün mülkiyyətini satıb Almaniyaya gedir. Bir müddət Əfqanıstandan gətirdiyi pulla başını girələyir, cibi boşalanda isə sonuncu «qaragünlüyü»nü verib bir velosiped alır. İndi həmin velosipetlə Almaniyanın  Liepzig şəhərində «Lieferendo» adlı özəl poçt şirkətində poçtalyonluq edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan şəbəkə

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Ən çox oxunanalar