Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistan və İran üçün dönüş nöqtəsi... - Delhi və Tehran “Taliban”la anlaşa biləcəkmi?

Kabil ələ keçirilmədən əvvəl “Taliban” İranla olan bir neçə sərhəd qapısını ələ keçirdi. Nəticədə, İran Əfqanıstanla sərhədini bağlamaq məcburiyyətində qaldı...

Hüda Hüseyni
“Şarkul Avsat” qəzeti, 19 avqust 2021-ci il

Təqaüddə olan bir ingilis generalı ölkəsinin və Amerika rəsmilərinin gündəlik kəşfiyyat hesabatlarını oxusaydı, Əfqanıstanın “Taliban” tərəfindən sürətlə alınmasına onların təəccüblənəcəyinə inanmazdı. Bu, bir çox siyasi müşahidəçinin Əfqanıstan hadisələri və Qərbə maddi və mənəvi cəhətdən baha başa gələn müdafiə xəttinin sürətlə çökməsi ilə əlaqədar gündəmə gətirdiyi suallara bənzəyir: bütün kəşfiyyatlara baxmayaraq, Qərb ölkələri başda ABŞ və İngiltərə olmaqla “Taliban”ın şəhərbəşəhər irəliləyərək Əfqanıstanın əyalətlərini və paytaxtı Kabili - 20 ildən uzun bir müddət ərzində təlim keçmiş və silahlanmış əfqan ordusunun heç müqaviməti ilə üzləşmədən - bir neçə gün ərzində ələ keçirəcəyini bilmirdimi?

Əksəriyyət “Taliban”ın bu qələbəsinin amerikalıların və ingilislərin səhv proqnozuna görə baş verdiyinə inanmır. Yəni İran uzun bir müddət keçmədən istəmədiyi bir qarşıdurmaya girəcək və bütün şiə qrupları “Taliban” hücumlarına müqavimət göstərmək üçün göndəriləcək. Nəticədə, İranın başlanğıcını bildiyi, amma sonunu bilməyəcəyi bir müharibə olacaq. Yəni söhbət İranın gücünü parçalayan, varlığına zərər verən və qərar verən ölkələr qarşısında İranı zəiflədən bir müharibədın gedir. Mollaların Fars imperatorluğunu diriltmək arzusunu məhv edən bir müharibə.

Bu beynəlxalq bir oyundur. Küveytin azad edilməsindən və Küveytdən ayrılarkən Respublika Qvardiyasının öldürülməsindən sonra 1991-ci ildə Vaşinqtonun əsl qərarı müharibəni qəti bir nəticəyə gətirməmək idi. Səddam Hüseyn Küveyti işğal etdikdən sonra təxminən 10 il hakimiyyətdə qaldı. ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauel bu mövzu haqqında danışarkən bunu açıq şəkildə bildirib: “Müharibə 1991-ci ildə Səddamı təsirsiz hala gətirmədi. O dönəmdə İraqı işğal edib Səddamı tamamilə uzaqlaşdırmağın heç bir faydası yox idi”.

Sovet ordusunun Əfqanıstanı işğal etdiyi vaxta qayıdaq. Amerikalılar ruslara qarşı hərbi yolla heç bir tədbir görmədilər. Əksinə, rusların şəhərlərə və Əfqanıstan əyalətlərinə girməsinə icazə verdilər.

Üsamə bin Laden də daxil olmaqla, radikal İslam Sovet ordusunu məğlub edən və geri çəkilməyə məcbur edən şiddətli bir partizan savaşı aparmaq üçün silahlanmışdı. Bu müharibə Sovet İttifaqının dağılmasının əsas səbəblərindən biri idi. Ancaq sonradan baş verənlər digər dövlətləri, xüsusən də İran, Hindistan və Çini təəccübləndirdi.

İstənilən rejimin nəzarətində olan Əfqanıstan istifadə olunmamış mineral ehtiyatlarına və əhəmiyyətli strateji mövqeyinə görə geosiyasi mükafat olaraq qalacaq. Bu şəkildə Əfqanıstanı İran və Hindistanın iki layihəsi cəlb etdi: Birincisi Hindistanın Çabahar Limanıdır. Bu liman dənizə çıxışı olmayan ölkəni su yolu ilə açıq dənizə çıxarmaq üçün İran və Əfqanıstanı bir yerə topladı. Məqsəd infrastrukturunu Hindistanı vasitəsi ilə Avropa ilə birləşdirməyə çalışan şimal və cənub arasındakı ən geniş gəmiçilik marşrutundan istifadə etmək idi. Digər tərəfdən, yeni bir təşəbbüs olsa da, başqa bir təşəbbüs daha var: Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün Əfqanıstana qədər uzadılması. İş o yerə çatdı ki, Pekin bu təşəbbüsü yalnız 2021-ci ildə açıq şəkildə araşdırmağa başladı.

İranın yeni prezidenti İbrahim Rəisi bu ay Hindistanın xarici işlər naziri Subrahmanyam Jaişankar ilə görüşü zamanı deyib: “İran və Hindistan bölgənin, xüsusilə də Əfqanıstanın təhlükəsizliyini təmin etmək üçün konstruktiv və faydalı rol oynaya bilər. Rəisi və Jaişankar arasındakı görüşdə Əfqanıstan diqqət mərkəzində idi. Çünki o zaman sürətli inkişaflar ortaya çıxdı. Bu ay Jaişankarın səfərinə paralel olaraq, “Taliban” Əfqanıstanda təəccüblü bir hücum başladıb. Bu sürətli inkişaflara baxdığımız zaman hər bir ölkə Əfqanıstanla bağlı siyasətini gözdən keçirməli olacaq.

Hindistan üçün seçimlər məhduddur. İşlərin daha aydın olmasını gözləyərkən mənfi seçim edə bilər. Sahədəki vəziyyətə birtərəfli təsir etmək gücünə malik olmayan Yeni Delhi Əfqanıstanda tərəfdaşlara ehtiyac duyur. Rusiya Hindistanın tarixən etibarlı tərəfdaşı olsa da, Çin və Pakistanla olan əməkdaşlığı hələ də uğursuzdur. Ancaq Moskva Əfqanıstandakı maraqlarını qorumaq üçün tez-tez Pakistana üz tutur. Bu, İranı Əfqanıstanda Hindistanın ən vacib müttəfiqi edir. Hindistan və İranTaliban” tərəfindən idarə olunan və Pakistan tərəfindən nəzarət edilməyən plüralist bir hökumətin rəhbərlik etdiyi sabit bir Əfqanıstan istəyir. Hər iki ölkə “Taliban”ın Kabildə hakimiyyətə qayıtmasından narahatdır. Hindistan belə bir ssenarinin 1990-cı illərdəki hadisələrin yenidən yaşanmasına səbəb olacağından narahatdır. Əslində, o vaxtlar “Taliban” rejiminin nəzarətində olan Əfqanıstan Pakistan tərəfindən dəstəklənən anti-Hindistan terror qruplarının sığınacaq yeri idi.

İran isə 1998-ci ildə “Taliban”la müharibəyə girmək üzrə idi. Çünki həmin vaxt “Taliban” Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhərini ələ keçirib iranlı diplomatları öldürmüşdü.

Şiə İran radikal-sünni “Taliban” hərəkatının ona hücum etmək üçün Əfqanıstandan bir baza kimi istifadə edə biləcək ideologiyaya malik digər qrupları dəstəkləməsindən qorxur. Tehran Əfqanıstanda şiə azlıq üçün narahat olur. İran 572 mil uzunluğa çatan boşluqlarla dolu sərhəddə narkotik alverinin artmasından narahatdır.

Əfqanıstanla sərhədi olmadığı üçün Hindistanın coğrafiyası, ümumiyyətlə, onu İrana yaxınlaşdıran bir mövqedə idi. Pakistanın quru daşınmalarını qadağan etməsi ilə Hindistan İrana Əfqanıstanın, eləcə də Mərkəzi Asiyadakı bazarların və mineral ehtiyatların giriş nöqtəsi kimi baxmışdı. Bundan istifadə etmək üçün Yeni Delhi və Tehran İranın cənub-şərqində yerləşən Çabahar limanını inkişaf etdirmək və modernləşdirmək üçün birlikdə işlədilər.

Hindistan uzun müddət Çabahar limanını Əfqanıstan üçün alternativ dəniz nəqliyyatı nöqtəsi olaraq satmağı düşünürdü. Lakin Amerikanın sanksiya təhlükəsi Hindistana mane oldu. Liman rəsmi olaraq sanksiyalardan azad olsa da, Hindistan ABŞ-ın keçmiş prezidenti Donald Trampın İrana olab düşmənçiliyi səbəbindən ehtiyatlı davranmağa davam etdi. Daha əvvəl özəl sektorla məşğul olmaqda çətinlik çəkən Yeni Delhi limanın inkişafı üçün bu günə qədər məhdud məbləğdə 500 milyon dollar ödəmişdir.

Mərkəzi Asiya ölkələri üçün maneəsiz və təhlükəsiz bir nəqliyyat nöqtəsi sayılan və Əfqanıstanı Mərkəzi Asiyanın qapısına çevirən Çabahar “Taliban”ın hakimiyyətinə gəlməsi səbəbiylə hazırda dayandırılacaq.

Kabil ələ keçirilmədən əvvəl “Talibanİranla olan bir neçə sərhəd qapısını ələ keçirdi. Nəticədə, İran Əfqanıstanla sərhədini bağlamaq məcburiyyətində qaldı. Bu, təxminən 2 milyard dollara çatan illik ticarətin pozulmasına səbəb ola bilər.

Uzunmüddətli perspektivdə Hindistan “Taliban”ın hakim olduğu hökumətin daha çox Çabahar deyil, Pakistanın Karaçi və Qvadar limanları vasitəsilə ticarət edəcəyindən narahatdır. Bu, o deməkdir ki, Hindistan regional birliyi gücləndirmək əvəzinə, “Taliban” hərəkatı ilə birgə əməkdaşlıq imkanlarını araşdırmaq üçün İrana üz tuta bilər. Bu bir həll yolu ola bilər. Lakin 1990-cı illərdə Yeni Delhi və Tehran Şimali İttifaqa (o vaxtlar “Taliban” hökumətinə qarşı mübarizə aparan bir qrup Əfqanıstan lideri) siyasi, hərbi və maliyyə yardımı göstərmək üçün Moskva ilə əməkdaşlıq edirdi. Amma Tehran narahat olmasına baxmayaraq, son 10 ildə “Taliban”la ehtiyatlı münasibətlər qurub. Bundan əlavə, İran Amerikanın bölgədəki varlığı ilə mübarizə aparmaq üçün “Taliban”a silah verdi və hakimiyyətə qayıdacağını nəzərə alaraq “Taliban”la diplomatik əlaqələr qurdu.

Yeni Delhi də başa düşəcək ki, son aylarda “Taliban”la təmasda olduğu üçün bütün Əfqanıstan tərəflərinin iştirakına ehtiyacı var. Amma eyni zamanda Hindistan “Taliban” hökumətinin tanınması ilə yanaşı, bölgədəki ölkələr arasında ən qərarsız ölkə olmağa davam edəcək.

Əgər münasibətlər gərginləşsə, İranTaliban” əleyhinə hərbi variantlarını gündəmində saxlayacaq. Eyni şəkildə, Hindistan gələcəkdə yerli Əfqanıstan müqavimətini dəstəkləməyə hazır ola bilər. Ancaq keçmişdən fərqli olaraq, Hindistan və İran ümumi dil tapmaq üçün mübarizə apara bilər. Yaxud da köhnə Şimali İttifaq birlik üçün mübarizə apara bilər. Çünki ölkədə bir çox komandir əsir düşmüş və ya qaçmışdı. Buna görə, İranTaliban”la mübarizə aparmaq üçün şiə döyüşçülərindən ibarət Fatimiyyun Briqadasına müraciət edə bilər.

Ancaq, görünür, Hindistan “Taliban”a qarşı geniş bir ittifaqa üstünlük verir. Yeni Delhi Fatimiyyun Briqadasından istifadənin Əfqanıstanda məzhəb zorakılığına səbəb ola biləcəyindən narahatdır. Bu, daha çox qeyri-sabitliyə səbəb ola bilər. Əfqanıstan cəbhəsindəki çətinliklər Hindistan və İran arasındakı ikitərəfli münasibətlərə böyük təsir göstərə bilər. Bunun səbəbi iki ölkənin ABŞ-a qarşı fərqli yanaşmalarıdır. Yenə Hindistan iki rəqiblə münasibətlərində tarazlığı qorumaqda çətinlik çəkib. Ümumiyyətlə, Yeni Delhi ABŞ-ın sanksiyaları təhlükəsi səbəbindən İranla əlaqəni kəsdi. Bu yaxınlarda İran məsələni çətinləşdirmək üçün Hindistanın strateji rəqibi Çinlə 25 illik strateji müqavilə imzalayıb. Digər tərəfdən, Hindistan Tehranın regional rəqibi İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə strateji əlaqələrini gücləndirib.

Taliban”ın Əfqanıstandakı hökmranlığı bölgədə dərin geosiyasi nəticələrə səbəb olacaq. Bir çox ölkələr, xüsusən də İran bundan təsirlənəcək.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Ən çox oxunanalar