Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvan istiqamətindəki erməni ordu korpusuna həyacan siqnalı

Ermənistanda ehtiyatda olan hərbçilərin hökumətin müvafiq rəsmi qərarı olmadığı halda 3 aylıq toplantıya çağırıldıqları, bunun Azərbaycanla sərhəddə hansısa yeni irimiqyaslı toqquşmalara hazırlıq olduğu haqda xəbərlərin yayıldığı bir vaxtda erməni ordusunun Naxçıvan istiqamətinə cavabdeh ordu korpusuna həyacan siqnalı verilib. virtualaz.org xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi 5-ci ordu korpusunun şəxsi heyəti həyacan siqnalı ilə qaldırılıb, silah və sursatlarını götürüb və təyinat nöqtələrinə çatdırılıblar. Habelə qoşunların idarə edilməsi məntəqəsi yaradılıb. Bütün bunların təlim məqsədi daşıdığı bildirilir. Hərçənd son zamanlar Azərbaycan-Ermənistan dövlət sərhədinin o cümlədən Naxçıvan istiqamətində hər gün atışmalar baş verdiyini də xatırlatmaq lazım gəlir.

Digər maraqlı məqam budur ki, iki gün əvvəl Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin hazırda atışmaların getdiyi Arazdəyən (Yerasx) istiqamətinə və Ermənistan-Türkiyə sərhədinə baş çəkib, oradakı rusiyalı sərhədçilərlə görüşüb.

Məlumatda o da deyilir ki, 4-cü ordu korpusunda (Laçın-Kəlbəcər istiqamətlərində dislokasiya olunub) silahları və texnikanı yoxlayıblar.

Ermənistan ordusunun ikinci Qarabağ müharibəsindən salamat çıxa bilmiş qalıqlarının təlim məqsədli hansısa hərəkətləri əlbəttə, anlaşılandır. Məğlub ordunun qalıqları bu vaxta qədər demək olar ki, bir dəfə də olsun tammiqyaslı döyüş təlimləri keçirməyib və erməni mənbələrində də təsdiq edildiyi kimi, təchizat, döyüş hazırlığı olduqca acınacaqlı durumdadır.  (Müqayisə üçün qeyd edək ki, qalib Azərbaycan ordusu ötən ilin dekabrından başlayaraq bir-birinin ardınca çoxsaylı döyüş təlimləri, o cümlədən Türkiyə ordusu ilə birgə təlimlər keçirməkdədir). Azərbaycanla sərhəd istiqamətində qurulmuş yeni postlarda şərait bərbaddır, şəxsi heyətin motivasiyası aşağıdır və belə demək olar ki, Ermənistan ordusunun müharibədən salamat çıxmış qalıqları hələ ordu adlanacaq dərəcədə mütəşəkkil silahlı birləşmə sayılmır.

Ermənistan ordusunun texnikasını indi ya Bakıdakı Hərbi Qənimətlər Parkında, ya "metalalom"da axtarmaq lazım gəlir...

Belə bir vaxtda ola bilsin ki, indi Ermənistan müdafiə naziri, vəzifəyə təyin olunandan sonra Azərbaycana qarşı bəzi lovğa bəyanatlar səsləndirən Arşak Karapetyan sərəncamında hansısa ordunun olduğunu göstərə bilmək üçün Naxçıvan istiqamətində yerləşmiş 5-ci korpusa həyacan siqnalı verib. 4-cü korpusu isə sadəcə olaraq yoxlayıblar-görünür orada ümumiyyətlə hərbi birləşmənin olub-olmadığını dəqiqləşdirmək lazım idi.

Lakin Ermənistan ordusunun Naxçıvan istiqamətində yerləşmiş 5-ci korpusuna həyacan siqnalı verilməsi hərbi anlamda heç nə ifadə etmir. Nəinki 5-ci ordu korpusu, eləcə də Ermənistan ordusunun cəmi qalıqları hazırda öz döyüş imkanlarına və hərbi potensialına görə Azərbaycanın Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu ilə heç müqayisədə də gəlməz. (Azərbaycan ordusu ilə müqayisə isə ümumiyyətlə adekvat olmazdı) Hərbi baxımdan indi Ermənistan ordusunun qalıqları Əlahiddə Ümumqoşun Ordunun qarşısında uzağı bir neçə gün müqavimət göstərə bilərdi... (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub - Video

Latviya 2028-ci ildən qadınlar üçün məcburi hərbi xidmət tətbiq edə bilər

Sabahdan ali məktəblərə qəbul olunanların qeydiyyatına start veriləcək    

Durovun həbsi Fransaya baha başa gəldi: 17 milyard dollarlıq müqavilə donduruldu

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay