Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnternet istifadəçilərindən qəribə tələb: "Qurana and iç ki, VPN-dən istifadə etməyəcəksən"

Türkmənistan hakimiyyəti illərdir Facebook, YouTube, Twitter daxil olmaqla saysız vebsaytları bloklayıb

Türkmənistanda internet istifadəçiləri virtual özəl şəbəkələrdən (VPNs) istifadə etməyəcəklərinə dair Qurana and içməyə məcbur edildiklərini deyirlər.

Bəzi internet istifadəçiləri bu haqda danışıblar. Onların deməsinə görə, evlərinə internet xətti çəkilməsi üçün müraciət edəndə hakim orqanlar onlardan tələb edirlər ki, VPN-dən heç vaxt istifadə etməyəcəklərinə dair müsəlmanların müqəddəs Quran kitabına and içsinlər.

VPN-lər Türkmənistanda qanunsuz olsa da, hökumətin internet qadağalarından yan keçmək üçün geniş istifadə olunur.

“Evimdə Wi-Fi quraşdırılmasından ötrü gərəkən sənədləri verib, anketləri doldurandan sonra ilyarım gözlədim. İndi deyirlər ki, VPN-dən istifadə etməyəcəyimlə bağlı Qurana and içməliyəm, amma VPN-siz də heç nəyə girmək olmur axı. Bilmirəm neyləyim”, – özünü Aynur kimi təqdim edən internet istifadəçisi avqustun 9-da radioya deyib.

AzadlıqRadiosu-nun yerli müxbirinin məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin bir rəsmisi hər bir internet istifadəçisindən VPN istifadə etməyəcəyi ilə bağlı Qurana and içməyi tələb edir.

Türkmənistan hakimiyyəti illərdir Facebook, YouTube, Twitter daxil olmaqla saysız vebsaytları bloklayıb. VPN xidmətləri təklif edən saytlar da həmin siyahıdadır. Mobil telefonlara bu xidmətləri quraşdıranlar isə həbsə atılıb.

İnternet senzurasına görə Türkmənistan dünyada ən axırıncı yerlərdədir. Onun “qonşuları” Belarus, Çin, İran, Şimali Koreya və Suriya kimi ölkələrdir. Kibertəhlükəsizlik və onlayn gizliliklə bağlı informasiya yığan Comparitech vebsaytı ötən həftə bu haqda hesabat açıqlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar