Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Evrascon” şirkəti Moldovada milyonlarla avro cərimə ödəyəcək – Səbəb

Azərbaycanın baş nazirinin keçmiş müavini Abid Şərifovun ailəsinə məxsus olan “Evrascon” tikinti şirkəti Moldovada yenidən qalmaqalın mərkəzindədir.

Virtualaz.org xəbər verir ki, şirkət Kişnyov-Unqena-Skulyana avtomobil yolunun 6 ildir tikib başa çatdıra bilmədiyi 17.6 kilometrlik hissəsinə görə milyonlarla avro cərimə ödəməlidir. Şirkət yol tikintisinə 2016-cı ildə başlasa da indiyədək işlərin cəmi 85 faizini yerinə yetirib.

Moldova KİV-ləri xəbər verir ki, ölkənin dövlət avtomobil yolları Administrasiyası yenidən “Evrascon” nümayəndələri ilə görüşüblər. Və işlərin gedişindən narazılığı çatdırıblar.

“Dövlət avtomobil yolları Administrasiyası 2016-cı ildə yekunlaşmalı olan işlərin ləngiməsinə görə narahatlığını çatdırıb. Şirkət nümayəndəsi isə bildirib ki, bu ay, yəni avqust ayında Azərbaycandakı ana şirkətdən yaranmış vəziyyətdən çıxmaq üçün maliyyə dəstəyi alacaq”,-administrasiyanın məlumatında deyilir.
“Evrascon” şirkətinin Moldovada həyata keçirməyi üzərinə götürdüyü daha bir layihədə-Kornşet, Romanovka, Pırlitsa yaşayış məntəqələrini birləşdirən yolun çəkilişində də işlər ləngiyir. Bu layihə üçün Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 15 milyon avro kredit ayrılmışdı.

Bundan əvvəl Moldovanın dövlət avtomobil yolları Administrasiyası bildirmişdi ki, podratçı şirkət ləngiməyə görə hər müqavilə üçün ümumi məbləğin 10 faizi həcmində, yəni təxminən 3.8 milyon avro cərimə ödəməlidir.

Administrasiya bu il Xınçeşti-Lepşuna-M1 avtomobil yolunun tikintisi üçün “Evrascon” şirkəti ilə bağladığı müqaviləni işlərin ləngiməsi səbəbindən pozub. Bu layihənin dəyəri 18.8 milyon avro idi. Şirkət işləri ləngitdiyi üçün bu layihəyə görə də 1.9 milyon cərimə ödəməli olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Ən çox oxunanalar