Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropanın kandarında soyuq vətəndaş müharibəsi...

Saytlar bağlanır, jurnalistlər təqib olunur, hətta həbs edilir - ötən həftə bütün media Belarusla bağlı bu cür informasiyalarla dolu idi.  Etiraf edək ki, biz Belarus haqqında tez-tez və çox yazırıq. Amma hər dəfə özümüzdən soruşmaqdan yorulmuruq: Avropada bu necə baş verir?

Dərhal da yadımıza düşür ki, Avropa və avropalılar Hitlerin, Mussolinin və faşizmin, diktator Frankonun və İspaniyada vətəndaş müharibəsinin, nəhayət, Yuqoslaviyada dəhşətli vətəndaş müharibəsinin şahidi olublar, sonuncu ilə bağlı hətta növbəti beynəlxalq hərbi tribunal da keçiriblər...

Bu hadisələrlə müqayisədə Belarusdakı vəziyyət, necə deyərlər, elə də dəhşətli deyil.

Amma otuz il keçsə də “bəyaz ruslar”a hələ də rahat nəfəs almaq və “İlahi, şükür sənə! Mən nəhayət ki, azadam!” demək müyəssər olmayıb.

Belarusla bağlı hər yazıda biz Aleksandr Lukaşenkonun sosial-psixoloji portretini cızmağa çalışırıq: bəli, adi kənd adamı, sovxoz direktoru, orta səviyyəli intellekt sahibi...

“Fizioloji hakimiyyət ehtirası” - bütün diktatorları və despotları hərəkət etdirən motiv budur.

Demək olar, otuz ildir ki, Belarus Lukaşenkonun əsiridir. Biz demirik ki, azadlığa canatımına görə o, Vilnüs, Riqa və ya Tallin səviyysəində olub və yaxud da ki, var. Yox, belə deyil.

Amma bu, Vasil Bıkovun ölkəsidir. Bütün əski sovet məkanında ədəbiyyat üzrə altıncı Nobel mükafatı (Bunin, Paternak, Soljenitsın, Şoloxov və Brodskidən sonra Svetlana Aleksieviç) bu ölkənin payına düşür. Belarus xalqı siyasi cəhətdən savadlı və dinamikdir. Sonuncu prezident seçkilərindən sonrakı aksiyalar kütləviliyinə görə hətta bir neçə rəngli inqilab etmiş ukraynalıları da təəccübləndirmişdi...

Amma nədənsə konkret nəticə yoxdur. Ölkə sosial-iqtisadi və siyasi islahatların səviyyəsinə görə bütün keçmiş sovet məkanında geridədir.

Bizdə çoxu bu fikirdədir ki, Lukaşenkonu tənqid etməməliyik, çünki o, bizim MDB-də və KTMT -da dostumuzdurr. Burada qismən həqiqət var, amma qismən. Məsələ bundadır ki, biz Belarusla və onun xalqı ilə isti münasibətlər qurmalıyıq, nəinki onların diktatoru ilə. Elə cənab Lukaşenko özü də əbəs yerə bizimlə dost olmayıb, rəsmi Bakl bir neçə dəfə onu çətin vəziyyətdən çıxarıb. Bunu belaruslular da bilir, ona görə ki, Lukaşenko bu haqda dəfələrlə danışıb.

Bundan başqa, son vaxtlarda müasir demokratiya çoxlu suallar doğurur. Hər bir xalqın öz mentaliteti var və bu, bir çox hallarda qərbin liberal - demokratik rejimlərindəki tendensiyalarla uzlaşmır. Tanrı iki insan cinsi yaradıb: kişi və qadın. Amma ABŞ-da və qərbi Avropada bunu korrektə etmək fikrinə düşüblər - onlar üçüncü cins daxil etməyə hazırlaşırlar! Bəli, bundan sonra anketlərdə cinsi göstərən üçüncü punkt olacaq və bu seksual azlıqlar üçün nəzərdə tutulacaq...

Bu azmış kimi, ərazisində seksual azlıqların paradına icazə verməyən dövlətləri bunlar “Asiya ölkələri” sayır və kəskin tənqid edirlər.

Söz yox ki, seksual azlıqlar hər yerdə var: haradasa leqal, haradasa isə qeyri- leqal şəkildə.

Amma insanın təbii -İlahi təbiəti var. Odur ki, hər bir insan özünün əsas funksiyalarından birini - insan nəslini artırmaq missiyasını unutmamalıdır.

Əlbəttə, bu, o demək deyil ki, Lekaşenko müasir demokratiyanın belə tendensiyalarına qarşı opponentlik edir. Yox, o, demokratiyanın hətta ən ibtidai əlifbasını qəbul etmir. Demokratiyanın bəzi neqativ tendensiyalarına gəldikdə isə, bunu referendum yolu ilə həll etmək olardı - qoy, seksual azlıqlarla necə davranmağı xalq özü qəbul etsin...

Bütün bunları ümumiləşdirərək demək olar ki, Minskdə də gec-tez azadlıq və demokratiya qələbə çalacaq. Rusiyanın Lukaşenko rejiminə dəstəyinə gəldikdə isə, bir rusiyalılar var və bir də Rusiya rejimi. Bunlar fərqli şeylərdi. Düşünürük ki, Belarusda inqilab baş verərsə, rusiyalıların da gücü çatacaq ki, bəyaz rusların azadlığa can atmasına dəstək olsunlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Qazaxıstan hadisələri haqda üç ehtimal, bir nəticə...

Niyə hamının gözünə yalnız media görünür?..

Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?

Paşinyan siyasi səhnəni nə vaxt tərk edəcək...

Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

Ən çox oxunanalar