Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR-la Pakistan arasında 220 milyon dollar söhbəti

Azərbaycanın dövlət neft şirkəti SOCAR Pakistan hökumətinin şirkət tərəfindən bu ölkəyə ümumi məbləği 220 milyon dollardan çox olan iki güzəştli kredit xəttinin açılması barədə təklifinə hələ də cavab verməməsindən məyusluq ifadə edib. Həmin kreditin əvəzində SOCAR Pakistana neft və sıxılmış qaz təchiz etməliydi. Virtualaz.org xəbər verir ki, bu haqda Pakistanın ingilisdilli “Dawn” nəşri yazır.

Məlumatlı mənbələr nəşrə deyiblər ki, Pakistanın Bakıdakı səfiri Bilal Heyi öz ölkəsinin hökumətini “məsələni iki ölkə arasında dost münasibətlərinə kölgə salmayacaq şəkildə yoluna qoymağı” tövsiyə edib.

Bu ilin yanvarında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Pakistana səfəri zamanı iki ölkə hökumətləri razılaşıblar ki, neft-qaz sektorunda SOCAR-ın iştirakı hesabına ikitərəfli əməkdaşlıq möhkəmləndirilsin.

Azərbaycan tərəfinin təklifinə əsasən “Socar Trading” şirkəti (SOCAR-ın kommersiya bölməsi) mart ayında “Pakistan State Oil” (PSO) və “Pakistan LNG Limited” (PLL) şirkətlərinə neft məhsullarının və sıxılmış qazın təchizatına dair rəsmi təklif göndərib. Təchizata görə ödəmə isə SOCAR-ın dövlət qarantiyası olmadan Pakistan tərəfinə ayıracağı güzəştli kredit hesabına baş verməliydi.

Təklifə əsasən Pakistan tərəfinə 120 milyon (neft) və 100 milyon dollar (sıxılmış qaz) olmaqla iki kredit xəttinin (60 gün müddətində qaytarılmaqla) açılması nəzərdə tutulur. SOCAR-ın baş əməliyyat direktoru Toğrul Köçərli Pakistanın səfiri ilə əlaqə saxlayaraq bu təklifə indiyədək niyə cavab verilməməsinin səbəbini soruşub. Amma səfir deyib ki, Pakistanın baş nazirinin neft və energetika üzrə köməkçisi Tabiş Goharla əlaqə saxlasa da cavab ala bilməyib.

SOCAR-ın təqdim etdiyi diplomatik notada Köçərli Pakistan tərəfinin təkliflə bağlı “uzunmüddətli sükutundan” məyusluq ifadə edir. Notada bildirilir ki, SOCAR hələ də qardaş Pakistanla energetika sahəsində əməkdaşlıq etməyə hazırdır, amma mart ayında verilmiş təklif cavabsız qalır.

Səfir isə hökuməti məlumatlandırıb ki, Pakistanın ən yaxın dostlarından olan Azərbaycan bu təklifi irəli sürməklə xoş məram və hörmət nümayiş etdirib və iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi üçün bir sıra təşəbbüslər də irəli sürüb. Ona görə də səfir SOCAR-ın verdiyi təklifin Pakistanın milli maraqları və ehtiyacları çərçivəsində dəyərləndirilməsini tövsiyə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar