Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid övladları üçün "Mənim atam qəhrəmandır" adlı tədbir keçirilib

26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günün münasibətilə "Fire Land Production-ın təşkilatçılığı, Azərbaycan Milli Güləş Federasiyasının, Azərbaycan Milli İdman Növləri Assosiyasiyasının və Müdafiə Nazirliyinin dəstəyi ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün "Mənim atam qəhrəmandır" adlı idman tədbiri həyata keçirilib.

PİA.az-ın məlumatına görə, Azərbaycan Hərbi Dəniz Qüvvələrində keçirilən tədbirin məqsədi torpaqlarımız uğrunda canını fəda edən əziz şəhidlərimizi bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, eləcə də uşaqları idmanla bağlı maarifləndirmək olub.

Tədbirin aparıcısı xalq artisti Nurəddin Mehdixanlı və Turanə Hüseynlinin aparıcılığı ilə baş tutan tədbirdə iştirak edən şəhid övladları atalarının rəsmi həkk olunmuş köynəklərdə iştirak ediblər. Azərbaycan Milli konservatoriyanın nəzdində İncəsənət Gimnaziyasının uşaq xoru, Səma rəqs ansamblının rəqqasları, 2018-ci ildə Avroviziya iştirakçısı Fidan Hüseynova və yeniyetmə xanəndələrimiz isə subay şəhidlərimizin rəsmləri olan geyimdə tədbirə qatılıblar.

Media nümayəndələrinin də iştirak etdiyi tədbirdə Olimpiya, Dünya və Avropa çempionları şəhid övladları ilə təlim-məşq toplantısı keçiriblər.
Daha sonra bütün şəhid övladlarına hədiyyələr təqdim olunub.

Tədbirə qatılan Azərbaycanın Xalq artisti Alim Qasımov və gözəl xanəndəmiz Fərqanə Qasımova uşaqlarla birlikdə Azərbaycan himnini ifa edərək üçrəngli bayrağımızı qaldırıblar.

Sonda Hərbi Dəniz Qüvvələrinə aid gəmi ilə dənizdə gəzinti zamanı şəhid övladları dünyaya "Müharibə olmasın! Uşaqlar atasız qalmasın!" mesajını verərək havaya göyərçinlər uçurublar.
Tədbirdən sonra şəhid övladları media nümayəndələri ilə birlikdə nahar ediblər.

Sonda media nümayəndələri 2015-ci ilin 26 iyun tarixində açılışı həyata keçirilən N saylı hərbi-hissədə olublar. Hərbi hissə ərazisində 3 mərtəbəli əsgər yataqxalarda əsgər və zabitlər qalması, asudə vaxtlarının səmərəli təşkili üçün zəruri şərait yaradılıb.

Hərbi hissədə xidmət keçən əsgərlər yaradılan şəraitə görə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevə öz təşəkkürlərini bildirib və qalib ordunun əsgərləri olduqları üçün fəxr etdiklərini qeyd ediblər. (APA)

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar